30 yaşlı kişini qətlə yetirən şəxs tutuldu - RƏSMİ
2-03-2021, 10:46
175

30 yaşlı kişini qətlə yetirən şəxs tutuldu - RƏSMİ

Martın 1-də saat 13 radələrində Samux rayonu, Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Samux rayon Prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Həsənov Vüqar Adil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elşən Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  
Vüqar Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər

Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Bakıda dəhşətli faciə: 19 yaşlı oğlan atasını qətlə yetirdi
Bakıda 22 yaşlı oğlan qətlə YETİRİLDİ
Qısqanc ər arvadını qətlə yetirdi
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Şabran sakini həmyerlisini bıçaqlayıb
Türkiyə vətəndaşı qadını bıçaqladı, daha sonra isə...
Bakıda qaynata kürəkənini güllələdi
Bərdədə faciə: Qardaş bacısını öldürdü
Abşeronda kişi arvadını azyaşlı oğlunun gözü qarşısında öldürüb
Ağsuda güllələnmə
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
Sumqayıtda qonşusunu baltalayan şəxs tutuldu
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Prokurorluq Cəlilabaddakı qətllə bağlı məlumat yaydı
Şəki sakini baldızını evində qətlə yetirdi
Hökməlidə dəhşətli cinayət: Atasını qəddarlıqla qətlə yetirdi
Bakıda dəhşətli qətl: Dostuna bıçaqla...
Anasını çəkiclə qətlə yetirən şəxs həbs edildi
Mingəçevirdə bıçaqlanan qadın xəstəxanada öldü
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Bakıda qətl törədən şəxs tutulub - Rəsmi
36 yaşlı kişi küçədə güllələnərək qətlə yetirildi
Azərbaycanda dəhşətli qətl: Bacı qardaşını bıçaqladı
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Marketin qarşısında bıçaqlanan şəxs xəstəxanada öldü
Qonşusunu öldürən şəxs saxlanıldı
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı