Qusar rayonunda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisələrdən biri rayonun Bədirqala kəndində qeydə alınıb.
Kənd sakini, 46 yaşlı Mayıl Məmmədov yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib. M. Məmmədov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.