Bakıda sakinləri qorxuya salan qəribə hadisə - Polis hərəkətə keçdi
26-09-2019, 16:00
10 297

Bakıda sakinləri qorxuya salan qəribə hadisə - Polis hərəkətə keçdi

Abşeron rayonunun Digah qəsəbəsində qeyri-adi hadisələr baş verib.
Unikal.org xəbər verir ki, bu barədə “Report”a müraciət edən sakinlər bildirib ki, 20 gündür gecələr naməlum şəxs və şəxslər tərəfindən narahat edilirlər.
Belə ki, naməlum şəxslər gecə saatlarında yerli sakinlərin evlərinə gəlib, qapı-pəncərələrinə, damlarına daş atıb qaçırlar.
Qəsəbə sakini Vəli Salmanzadə “Report”a deyib ki, sentyabrın 22-də axşam saatlarında evinin pəncərəsindən naməlum şəxs otağın içərisinə baxıb, övladını qorxudub:
“Həmin vaxt oğlum otaqda tək idi. Kimsə pəncərədən otağın içərisinə baxırdı. Bu vaxt oğlum qışqırıb məni çağırdı. Mən də həmin şəxsin arxası ilə qaçanda yerə yıxıldım və ayağım sındı”.
Digər sakinlərin sözlərinə görə, qəsəbədə hər gecə, təxminən, onlarla evin qapı-pəncərələrinə daş atılıb, insanları qorxudublar: “Heç kəs onları tuta bilmir, bir anlıq gözlərdən yayına bilir. Gecələr uşaqlar evdə yata bilmir, səhərə qədər oyaq qalırıq”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”a deyib ki, qəsəbə sakinləri tərəfindən onları hər gecə narahat edən hallarla bağlı Nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə müraciətlər daxil olub.
O qeyd edib ki, məsələ Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb, qəsəbə ərazisində polis nəzarəti gücləndirilib: “Araşdırmalar nəticəsində qeyd olunan neqativ əməllərə yol verən şəxslərdən biri - qəsəbənin "Yeni tikili" adlı massivində yaşayan 27 yaşlı Heydər Həşimov müəyyən edilərək saxlanılıb”.
O.Mansurzadə deyib ki, həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə H.Heydərovun barəsində 30 sutka müddətinə inzibati qaydada həbs qərarı çıxarıb.
O.Mansurzadənin sözlərinə görə, Digah qəsəbə sakinlərinin narahatlığına heç bir əsas yoxdur: “Hazırda rayonda olduğu kimi, qəsəbə ərazisində də əməliyyat şəraiti fasiləsiz izlənilərək nəzarət olunur, həmçinin post patrul xidmətinin naryadları gücləndirilib. Vətəndaşlardan xahiş olunur ki, analoji hərəkətlərə yol verən, sakinlərdə qorxu və çaşqınlıq yaratmaq istəyən şəxslər və bu kimi digər hallar barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə və aidiyyəti üzrə polis idarəsi və bölməsinə müraciət etsinlər”.

Oxşar xəbərlər

Salyandakı “manyak” kabusu ilə bağlı nazirlikdən açıqlama
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Bakıda avtobusda qadını qarət edən keçmiş məhkum ələ keçdi
Bakıda 28 yaşlı gənc bıçaqlandı
Bakıda silahlı quldur dəstə yaxalandı
Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra qarət etdilər
Bakıda azyaşlı küçədə qarət olundu
Bakıda film kimi qaçış: Sərxoş sürücü şəhəri bir-birinə qatdı - VİDEO
Paytaxtda ahıl kişi döyüldü
Ərli qadını evindən qaçırdılar - Azərbaycanda ŞOK OLAY
Ukraynada güllələnən azərbaycanlı tələbələr ölkədən deportasiya olundu
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
Bakıda tibbi maskalı kişi aptekə basqın etdi
Sevgilisini öldürən Günelə hökm oxundu - 10 il cəza verildi
Qəbələdə ikimərtəbəli evdə YANĞIN
Zavoddan fındıq oğurlamaq istəyənlər saxlanıldı - Foto
Bakıda 39 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı
10 yaşlı qızı intim fotosunu göndərməyə məcbur etdi
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Bakıda qadın kafedən iki min manatlıq oğurluq etdi
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Göyçayda kişi keçmiş arvadı və qızına xəsarət yetirib - FOTO
Restoranda qanlı hadisə - polis bir neçə nəfəri bıçaqlayan şəxsi güllələyib
Oğlum “Xaliq Faiqoğlu”nun qarajında faciəli şəkildə ölüb, maraqlanmırlar”
Oğrular “Müsavat”ın qərargahına giriblər - Foto
Bakıda 30 yaşlı kişi bıçaqlanıb
Bakıda ana uşağı yedirtmək üçün pəncərədə oturtdu, yıxılıb öldü
Bakı sakini tanışı tərəfindən bıçaqlandı
Bakıda xalaoğlanları qadına maşında təcavüz etdi