Bakıda oğul anasını öldürdü
11-03-2021, 11:51
142

Bakıda oğul anasını öldürdü

Martın 10-da saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon Prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin predmeti olan bıçaq, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda 22 yaşlı oğlan qətlə YETİRİLDİ
30 yaşlı kişini qətlə yetirən şəxs tutuldu - RƏSMİ
Bakıda dəhşətli faciə: 19 yaşlı oğlan atasını qətlə yetirdi
Bakıda OLAY: Qadın ərinin başını əzərək öldürdü
Qısqanc ər arvadını qətlə yetirdi
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Bərdədə faciə: Qardaş bacısını öldürdü
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Türkiyə vətəndaşı qadını bıçaqladı, daha sonra isə...
Abşeronda kişi arvadını azyaşlı oğlunun gözü qarşısında öldürüb
Ağsuda güllələnmə
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Sumqayıtda qonşusunu baltalayan şəxs tutuldu
Şabran sakini həmyerlisini bıçaqlayıb
Bakıda qaynata kürəkənini güllələdi
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Prokurorluq Cəlilabaddakı qətllə bağlı məlumat yaydı
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
Bakıda qətl törədilib
Bakıda dəhşətli qətl: Dostuna bıçaqla...
Şəki sakini baldızını evində qətlə yetirdi
Anasını çəkiclə qətlə yetirən şəxs həbs edildi
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Bakıda qətl törədən şəxs tutulub - Rəsmi
Bakıda ər arvadını qətlə yetirdi
52 yaşlı qadın evində qətlə yetirildi
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb
Leylanı öldürən qardaşı imiş – Şabranda dəhşət
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı