Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
20-05-2020, 13:37
631

Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi

Azərbaycanda dövlət strukturlarının əhalinin sağlamlığının qorunması və aidiyyəti sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırmalar aparılmaqla qanunamüvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Əmək və Əhalinin  Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək, vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq, pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.

Oxşar xəbərlər

Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
DTX nazir müavinini belə tutdu - VİDEO
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
DTX Əbülfəs Qarayevin müavinini saxladı - FOTO
Şirkət direktoruna cinayət işi açıldı
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
DTX generalı belə saxlayıb - VİDEO
Eldar Həsənov apellyasiya şikayəti verib
XİN-də əməliyyat keçirilir - DTX məlumat yaydı
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Bələdiyyə sədrinə cinayət işi açıldı
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Azərbaycanda bu şəxslər kommunal xərclərdən azad olundu
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənişləri üzə çıxdı - RƏSMİ
Bələdiyyənin sabiq sədrinə cinayət işi açılıb
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Baş Prokurorluqda yeni şöbə rəisi təyin olundu
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA