Hacıqabulda 5 nəfər narkotik alverçisi tutulub
11-03-2021, 22:50
82

Hacıqabulda 5 nəfər narkotik alverçisi tutulub

Hacıqabulda 5 nəfər narkotik alverçisi tutulub.
Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1982-ci il təvəllüdlü Məhərrəmov Emil Əliheydər oğlunun idarə etdiyi “Mercedes” markalı “GM 408 MG” Gürcüstan dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılıb. Sürücü və sərnişin -  Sabirabad rayonu Nəsimi kənd sakini, 1966-cı il təvəllüdlü İsmayılov Elşad Vəkalət oğlunun avtomobildə hər birinin ayrı-ayrılıqda saxladıqları müxtəlif bükümlərdə satış məqsədi üçün nəzərdə tutulan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Keçirilən əməliyyat-axtarış tədbirlərinin zamanı məlum olub ki, E.Məhərrəmov narkotik vasitəni 900 manata, E.İsmayılov isə 400 manata Sabirabad rayonunun Nəsimi kənd sakini, 1985-ci il təvəllüdlü Qardaşov İnşallah Əlibayram oğlundan alıblar.
İ.Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı, 03 BJ 710 dövlət nömrə nişanlı avtomobildən müxtəlif bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.  
Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi daha bir əməliyyat zamanı əvvəllər məhkum olunan Hacıqabul sakini, 1977-ci il təvəllüdlü Nəcəfov Şahin Vaqif oğlu saxlanılaraq polis şöbəsinə gətirilib. Polis şöbəsində onun üzərinə baxış keçirilən zaman sellofan torbada 460 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Masallı sakininin tövləsindən 5 kiloqramdan artıq narkotik tapıldı
Astarada torpağa basdırılmış narkotik aşkarlandı
Narkotik satışı ilə məşğul olan iki qardaş tutuldu
Şəkidə narkotik satan dörd nəfər saxlanıldı
Zaqatalada keçmiş məhkumdan "Makarov" tapançası və heroin götürülüb
Polis “Rəmiş“i saxladı
Bərdə sakinindən 8 kq-dan artıq narkotik götürüldü - FOTO
Lənkəran sakinindən narkotik götürüldü
Yevlaxda narkotik alqı-satqısı edən dəstə saxlanıldı
Balakəndə narkotacir tutuldu - FOTO
“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
Keçmiş məhkumdan 5 kilodan çox narkotik götürüldü
Azərbaycan-İran sərhədində gərginlik: sərhədpozuculara atəş açıldı
Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı
Cəbrayıl polisi Bakıda əməliyyat keçirdi: Qardaşlar 4 kq narkotiklə tutuldu
Ağdaş sakinindən narkotik götürüldü
Bakıda qadın narkotacir saxlanılıb
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Saxta pul hazırlayanlar saxlanıldı - FOTO
Keçmiş məhkumun maşınından 5 kilodan çox narkotik tapıldı
Göyçayda keçmiş məhkumdan narkotik götürüldü
Xuliqanlığa görə saxlandı, üstündən narkotik vasitə çıxdı
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Polis 4 rayonda əməliyyat keçirdi: Saxlanılanlar var
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Polis əməliyyat keçirdi - saxlanılanlar var
Polis əməliyyat keçirdi - Külli miqdarda narkotik götürüldü
Narkotik alverçisi saxlanıldı
Bakı sakinindən narkotik götürüldü
Polisdən daha bir uğurlu əməliyyat - FOTO