Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
21-05-2020, 20:30
102

Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində paytaxt sakini İsmayıl İsmayılzadəyə məxsus “VAZ 2107” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb. 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Zərərçəkən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət edərək,  nəqliyyat vasitəsinin oğurlandığını bildirib.
Bölmə əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sahib Əliyev və onun bacısı oğlu Nicat Musayev tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı müəyyən edilib ki, S.Əliyev avtomobili qaçırandan sonra yaşadığı Abşeron rayonu Məhəmmədi qəsəbəsində sökərək hissələrə ayırıb. Daha sonra o, həmin ehtiyat hissələrinin bəzilərini qohumu N.Musayevin tapdığı müştərilərə satıb.
Qaçırılan nəqliyyat vasitəsinin qalan hissələri polislər tərəfindən S.Əliyevin yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.
Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
S.Əliyev və N.Musayevin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Bakıda qadın kafedən iki min manatlıq oğurluq etdi
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Paytaxtda marketlərdən, ofislərdən oğurluq edən şəxslər yaxalanıb
Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı
Bakıda azyaşlı küçədə qarət olundu
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Yeni Suraxanıda evə basqın - Qadını döyüb pul və telefon apardılar
Bakıda qadın narkotacir saxlanılıb
Bakıda heroin alverçisi yaxalandı
Avtomobillərdən akkumulyator oğurlayan Bakı sakini ələ keçdi
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Bakıda 14 yaşlı əcnəbi küçədə qarət olundu
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
Axtarışda olan 26 nəfər saxlanıldı
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY
Bakıda maskalılar sürücünün 10 min dollar pulunu alıb
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Bakıda 30 yaşlı kişi bıçaqlanıb
Bakıda restoranın kassası qarət edildi
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Cibgir tutuldu - Bakı metrosunda "işləyirdi"
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Bakıda 10 000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb