Bakının Yasamal rayonunda yük maşını qadını vurub.
Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətt”inə verdikləri məlumata görə, hadisə Nəriman Nərimanov, 103 ünvanında qeydə alınıb.
“KamAZ” markalı avtomobil yolu keçən qadını görməyərək vurub.
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından bildirilib ki, qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.