Bakıda 17 kiloqramdan çox yüksək təsiredici xassəyə malik narkotik vasitənin onlayn yolla satışını təşkil etmək istəyən iki qardaş saxlanılıb.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin "qara" bazarda satılmasının qarşısı alınıb.
Belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqil Salmanov Nərimanov rayonunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 98 qram narkotik vasitə heroin və 519,789 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq məlum olub ki, ona narkotik vasitələri satmaq məqsədi ilə qardaşı, əvvəllər məhkum olunmuş Kamil Salmanov tərəfindən verilib. Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı o da tutularaq məsuliyyətə cəlb edilib. Hər iki qardaşın Nərimanov rayonunda yaşadıqları evə baxış zamanı 12 kiloqram 360,737 qram heroin, 2 kiloqram 277,334 qram metamfetamin və 1 ədəd elektron tərəzi, həmçinin evə baxış zamanı Salmanov qardaşlarına məxsus 3 ədəd tapança, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar olunaraq götürülüb. Bu əməliyyat nəticəsində isə Baş İdarənin əməkdaşları tərəfindən 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Araşdırma zamanı müəyyən olunub ki, Kamil Salmanov bir müddət əvvəl hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri Yasamal rayonu ərazisində qəbul edib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri paytaxtın müxtəlif nöqtələrinə qoyaraq həmin yerlərin şəklini çəkib "Whatsapp" ani mesajlaşma şəbəkəsi vasitəsi ilə İran vətəndaşına göndəriblər. Onlayn yolla müştərilər pulu iranlının hesabına yükləyəndən sonra isə narkotik vasitələrin yerləşdirildiyi məkanların şəkilləri onlara ötürülüb
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Aqil və Kamil Salmanovlar tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
25
may
20:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu
Bakıda qadın narkotacir saxlanılıb
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Sabunçuda qardaşlardan narkotik götürüldü
Balakəndə narkotacir tutuldu - FOTO
“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Polis narkotiki təbliğ edən qadına qarşı əməliyyat keçirdi
Səbaildə narkotacir saxlanılıb - Foto
Bakıda narkotik alverçisi karantin postunda yaxalandı
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Bakıda heroin alverçisi yaxalandı
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
- Qəhvəni gündəlik içməyin ziyanı və faydaları
- Mədəaltı vəzi məhv edən QİDALAR
- Zəlzələdən tez xəbərdar olacağıq: Yeni texnologiyalar insanların həyatını xilas edəcək
- Atalar deyir ki, qozbeli qəbir düzəldər... - Əli Kərimli kimi siyasi qozbelləri heç qəbir də düzəltmir...
- Bu tərəvəz xərçəng xəstəliyindən qoruyur
- Moskva Kiyevlə danışıqlara hazır olduğunu AÇIQLADI
- Hərbçilərə ŞAD XƏBƏR: Mənzil təminatına dair yenilik
- Xəzər üzrə Katibliyin ilk iclası Bakıda keçiriləcək
- Türkiyəli müğənnilərin Yeni il gecəsi qazanacağı məbləğ dodaq uçuqlatdı - SİYAHI
- Bu müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi - QƏRAR
- Rusiya və İran bu barədə saziş imzaladı
- Ata və oğul 9 yaşlı qızı zorlamaqda ittiham olunur
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi