Azərbaycanda azyaşlı qıza təcavüz edilib? - DİN hərəkətə keçdi
3-04-2021, 14:42
306

Azərbaycanda azyaşlı qıza təcavüz edilib? - DİN hərəkətə keçdi

Sosial şəbəkələrdə Neftçala rayon Mirqurbanlı kəndində azyaşlı qızın zorlanması ilə bağlı məlumatlar paylaşılıb.
Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisinin paylaşdığı məlumatda atası ruhi xəstə olan 9-cu sinif şagirdinin (qızın anası yoxdur) üç-dörd oğlan tərəfindən zorlanıb, kənddə yolun kənarına atıldığı iddia edilib.
Bundan başqa, Mirqurbanlı kəndində digər bənzər hadisənin 12-13 yaşlı uşağın başına gəldiyi iddia edilir. Məlumata görə, evdə kimsəsiz olan uşaq yaxınlıqda yaşayan 32 yaşlı kişi tərəfindən zorakılığa məruz qalıb. Uşaq qışqırmağa başlayanda onun səsinə qonşular gəlib. Oğlan polisə aparılsa da sərbəst buraxılıb. 
Daxili İşlər Nazirliyindən (DİN) isə Vəfa Nağının Neftçala rayonunda iki azyaşlı qızın təcavüzə məruz qalması haqda paylaşdığı məlumatla bağlı araşdırmalara başladığı bildirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Neftçala rayonunun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102-Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib:
“Şikayət əsasında dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib və izahatı alınıb. Lakin o, izahatında qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü qeyd edib. Buna baxmayaraq, vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılıb və toplanmış materiallarla birgə rayon prokurorluğuna göndərilib”.
V.Nağının iddia etdiyi ikinci məlumata münasibət bildirən DİN əməkdaşı bu barədə Rayon polis Şöbəsinə heç bir şikayətin daxil olmadığını bildirib:
“Amma buna baxmayaraq həmin iddia əsasında da hazırda araşdırma aparılır”.

Oxşar xəbərlər

DİN Vəfa Nağının iddialarına aydınlıq gətirdi
Neftçalada qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olundu - YENİLƏNİB
14 yaşlı qız ana oldu - Körpənin atasının 17 yaşı var
Sumqayıtda ata ögey qızına işgəncə verdi - Foto,Video
ŞOK: Tacikistanda 3 yaşlı qıza təcavüz edildi - Cinayət işi nəzarətə götürüldü
Rusiyada dəhşət: Azərbaycanlı rus sevgilisini zorakılıqla öldürdü...
Bir ay əvvəl itkin düşən qızın meyiti TAPILDI
11 yaşlı qızı nişanlayan valideynlər polisə çağırıldı
“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...
Bakıda azyaşlı qızların sırğalarını oğurlayan şəxslər saxlanıldı
Azərbaycanlı ailə azyaşlı qızına nişan mərasimi keçirdi?
Azərbaycanda yeniyetmə dörd dəfə uşaq dünyaya gətirib
Şəkilləri yayılan qız şok faktları AÇIQLADI: - "Əlində silah başımdan dartıb apardı..."
15 yaşlı qız qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirildi
Azyaşlı son anda ölümdən döndü - VİDEO
Bərdədə qız görüşdüyü oğlanı niyə yandırıb? – Oğlanın anası danışdı + VİDEO
17 yaşlı qıza təcavüz etmək istədi – Video
Bərdədə qız sevgilisini niyə yandırdı? - TƏFƏRRÜATLAR
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
Masallıda 16 yaşlı qızına toy etmək istəyən ata SAXLANILDI
Valideynlərini itirmiş azyaşlı qız nəzarətə götürülüb
14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən ana azadlığa buraxıldı
13-cü mərtəbədən yerə düşən azyaşlı həyatını itirdi
11 yaşlı azərbaycanlı qızı nişanladılar - VİDEO
Bakıda 17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atıb
Bərdədə ŞOK OLAY - 25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırılıb
Sevgilisi başqasî ilə nişanlanan gəncdən DƏHŞƏTLİ ƏMƏL
Bakı bulvarında oğlan nişanlısını cəzalandırdı, polis hərəkətə keçdi - Video
Azərbaycanda qadın 71 yaşlı ərini və iki azyaşlı uşağını atıb ƏRƏ GETDİ (Video)
Lerikdə müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana oldu