İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ
29-05-2020, 16:30
151

İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ

Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilmiş it döyüşlərini əks etdirən videogörüntülər paylaşılmışdı.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib.
Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib və onlardan 4-ü - Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıblar.
Şəxsi axtarış zamanı Mətləb Əliyevdən narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb və Mətləb Əliyev barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev isə aparılan araşdırma ilə əlaqədar izahatlarının alınması üçün polisə dəvət edilərkən qəsdən tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmayıblar. Odur ki, onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə hər biri bir ay müddətinə inzibati qaydada həbs ediliblər.

Qaldırılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Axtarışda olan şəxslər saxlanılıblar
Xızıda sürücü polisləri silahla hədələdi
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Bakıda qadın narkotacir saxlanılıb
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Balakəndə narkotacir tutuldu - FOTO
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Səbaildə narkotacir saxlanılıb - Foto
Sabunçuda qardaşlardan narkotik götürüldü
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
Azərbaycanda polis bıçaqlandı
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutuldu - FOTO
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Bakıda quldurlar taksi sürücüsünə hücum etdi
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı