Tövlədə kişidən arvadına qarşı dəhşətli əməl - Şok təfərrüat
7-04-2021, 22:26
45

Tövlədə kişidən arvadına qarşı dəhşətli əməl - Şok təfərrüat

Füzuli rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Piriyev arvadı Sülhiyyəni öldürməyə cəhd edib.
 
Teleqraf.com-un xəbərinə görə, İlqar 4 iyun 2019-cu il tarixdə saat 8 radələrində 2008-ci ildən rəsmi nikahda olduğu arvadı Sülhiyyə ilə birlikdə yaşadıqları Füzuli rayonu, Böyük Bəhmənli kəndindəki evin həyətyanı sahəsində olan tövlədə iş görüb.
 
Sülhiyyə ona Bakı şəhərindəki “Sədərək” Ticarət Mərkəzinə getmək istədiyini bildirib. İlqar onun bu istəyinə etiraz edib.
 
Buna baxmayaraq, Sülhiyyə ərinin qadağasına məhəl qoymayıb və mütləq “Sədərək”ə gedəcəyini təkidlə bildirib. İlqar arvadının bu hərəkətlərindən qəzəblənib. Əlində olan çəkiclə arvadının baş nahiyəsinə çoxsaylı zərbələr vurub. Daha sonra Sülhiyyənin ölmədiyini görüb və hər iki əli ilə onun boğazından tutaraq boğub.
 
Huşsuz vəziyyətdə olan Sülhiyyənin öldüyünü güman edən İlqar sürüyərək onu tövlədən çıxarıb və həyətə atıb.
 
Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası tərəfindən Sülhiyyə vaxtında xəstəxanaya çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edilib.
 
İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
 
Hökmdən narazı qalan İlqarın müdafiəçisi Mirzəmməd Rəhimov apelyasiya şikayəti verib. Müdafiəçi şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını, İlqarın barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
Bu şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
 
Apelyasiya şikayəti təmin olunmayıb.

Oxşar xəbərlər

Maşının “baqaj”ından çılpaq qadın meyiti çıxdı – Bakıda dəhşətli cinayət – VİDEO
Rafael Cəbrayılovun daha bir borcu üzə çıxdı – Keçmiş deputatın mənzil fırıldağı
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
Ferma sahibi çobanı armud gətirməyə göndərdi, arvadını... - AZƏRBAYCANDA ŞOK OLAY
Milli Qəhrəman İlqar Mirzəyevin oğlu məsul vəzifəyə təyin olundu
Polis əməkdaşına zor tətbiq edən şəxs saxlanıldı
İlqar Məmmədova da 190 manat verilib? - AÇIQLAMA
İlqar Məmmədov yenidən ReAL-ın sədri seçildi
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Minik və yük avtomobilləri toqquşdu, ata və oğul öldü
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR (VİDEO)
Kişi keçmiş arvadını sevgilsinin yanında öldürdü
“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu
İlqar Qurbanov vəzifəsindən azad edildi
Bakıda oğul atasını öldürdü
Akademiyadan intihar edən tələbə ilə bağlı - Açıqlama
İnanılmaz: İki qayın arvadı ərlərini atıb eyni adama qaçdı
Bakıda azyaşlı uşaqları ilə özünü 4-cü mərtəbədən atan qadından XƏBƏR VAR
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Azərbaycanda BİABIRÇILIQ: Arvadını yad kişi ilə tutdu, qadın pəncərədən qaçdı (VİDEO)
İlqar Əliyev vəzifəsindən azad edildi
Ağdaş sakini bıçaqlanıb
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
Arvadının universitet müəllimləri ilə intim əlaqəsindən şübhələndi — Bakıda şok olay
Bakıda dəhşətli QƏTL: Sərxoş halda yataq otağına girib...
Arvadı ilə nişanlı oğlanı ... - Cəlilabad rayonunda şok olay
Bakıda OLAY: Qadın ərinin başını əzərək öldürdü
“Sədərək“də qəza baş verdi, ölən və yaralanan var
İcra Hakimiyyətindən şəhid polkovnikin barelyefi ilə bağlı AÇIQLAMA: - “Təbrizlə əlaqə saxlayacağıq”
Generalın şikayəti təmin edilməyib