“Bandotdel”in keçirdiyi əməliyyatın real görüntüləri - VİDEO
10-04-2021, 12:50
51

“Bandotdel”in keçirdiyi əməliyyatın real görüntüləri - VİDEO

“Bandotdel”in keçirdiyi əməliyyat zamanı 64 kiloqram narkotik vasitə aşkar edilib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev saxlanılıblar.
Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən, 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, Müşfiq Mirzəyev şəxsiyyəti istintaqa hələlik məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb tanışı Nadir Babayevin bağ evinə gətirib. Müşfiq Mirzəyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də, digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli imiş.
Qeyd edilən faktla bağlı cinayət işi başlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, əməliyyat və istintaq tədbirləri davam etdirilir.


Oxşar xəbərlər

Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
DİN-dən ƏMƏLİYYAT: Narkotik satışı ilə məşğul olanlar saxlanıldı - VİDEO
Polis əməliyyat keçirdi - Video
Bakıda onlayn narkotik satanlar həbs edildi - VİDEO
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Son 6 gündə 110 kq-a yaxın narkotik dövriyyədən ÇIXARILIB
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
DİN-dən ƏMƏLİYYAT: 75 kq narkotik vasitə aşkarlandı
Polisdən narkotik əməliyyatı - 25 kq...
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR
DİN əməliyyat keçirdi - Video
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Sosial şəbəkələrdə narkotik satan şəxs yaxalandı
Polis “Rəmiş“i saxladı
Keçmiş məhkum yenə cinayət işlədi
DİN əməliyyat keçirdi - Külli miqdarda narkotik aşkarlandı
Bakıda əməliyyat keçirildi - Saxlanılanlar var
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
DTX əməliyyat keçirdi - həbs olunanlar var (VİDEO)
Bakıda narkotik satan qadın saxlanıldı
Polis kokain və ekstazi satan şəxsi saxladı
Polis iki rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
Bakı sakininin maşınından külli miqdarda heroin tapıldı
Biləsuvarda 25 kiloqramdan artıq narkotik vasitə, psixatrop maddə və həblər aşkar edildi
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR (VİDEO)
Narkotik satan keçmiş məhkum tutuldu
Yardımlıdan Sumqayıta narkotik daşıyan şəxsdən XƏBƏR VAR - VİDEO
Samux sakinindən 9 kiloqramdan artıq marixuana götürüldü