Gürcüstandan ölkəyə narkotik keçirilməyə cəhd edildi - FOTO
16-04-2021, 16:31
75

Gürcüstandan ölkəyə narkotik keçirilməyə cəhd edildi - FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və dərman preparatlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
DSX əməkdaşlarının sayığlığı nəticəsində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitələrə bənzər maddələrin, 718 ədəd güclü təsir edən maddələrin və 14841 ədəd dərman preparatların dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Aprel ayının 12-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstandan Azərbaycan Respublikasına rəsmi qaydada gələn Azərbaycan Respublikası vətəndaşı 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Nicad Məmməd oğlunun idarə etdiyi “MAN” markalı 99-CY-071 dövlət nömrə nişanlı avtomobilin yük salonuna baxış zamanı 14841 ədəd aksiz markası olmayan dərman preparatları aşkar olunaraq götürülmüşdür.
Aprel ayının 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılmışdır.
Ağcabədi rayon sakini 1994-cü il təvəllüdlü Rəhimov Cahandar Tahir oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitəyə (2042 qram “tiryək”, 2716 qram “marixuana”, 500 ədəd “gabaprel” və 218 ədəd “mydrax” güclü təsir edən maddələrin) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində keçirilmiş əməliyyat-istintaq tədbir­ləri nəticəsində Ağcabədi rayon sakini 1999-cu il təvəllüdlü Orucov Elşad Oruc oğlu saxlanılmışdır.
Faktlar üzrə cinayət işləri başlanılmış, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
Gürcüstandan ölkəyə narkotik keçirilməyə cəhd edildi- FOTO

Oxşar xəbərlər

DSX-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTOLAR
Sərhəddə əməliyyat - 45 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı - FOTO
DSX-dən sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
Azərbaycan-İran sərhədində gərginlik: sərhədpozuculara atəş açıldı
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
DSX-dən əməliyyat: Üç nəfər tutuldu - FOTO
İrandan Azərbaycana 84 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - Foto
DTX əməliyyat keçirdi - həbs olunanlar var (VİDEO)
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
İran-Azərbaycan sərhədində atışma: ölən var
Bərdə sakinindən 8 kq-dan artıq narkotik götürüldü - FOTO
İrandan gələn şəxslərdə narkotik vasitələr aşkar edildi
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
General: "9 tondan çox narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb"
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Sərhədi pozmaq istəyən şəxsdə narkotik maddələr aşkarlandı
Son 6 gündə 110 kq-a yaxın narkotik dövriyyədən ÇIXARILIB
Gömrükdə əməliyyat: kartofdan heroin çıxdı - VİDEO
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı
Biləsuvarda yerin altından narkotik və silah tapıldı
DSX və DİN-dən birgə ƏMƏLİYYAT
Bakıda onlayn narkotik satanlar həbs edildi - VİDEO
Bakıda aksiz markası olmayan külli miqdarda siqaret satan şəxs saxlanılıb - VİDEO
Lənkəran sakinindən narkotik götürüldü
Saxta pul hazırlayanlar saxlanıldı - FOTO
Həbsdəki tanışına başmaqda narkotik aparan şəxs tutuldu
"Fedya" ləqəbli narkotik satıcısı saxlanılıb
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR
Ölkəyə qanunsuz yollarla siqaret keçirilməsinin qarşısı alındı