Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası
4-06-2020, 19:00
115

Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynanasını qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 36 yaşlı Mədinə Qreçnevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il sentyabrın 18-də paytaxtın Xətai rayonu Telnov küçəsi 3, mənzil 91 ünvanında baş verib.

70 yaşlı Valentina Qreçnevanın oğlu Alik Qreçnev işdən evə qayıdan zaman anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının baş nahiyyəsində bir neçə xəsarət aşkar ediblər. Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı ailənin gəlini Mədinə Qreçneva şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı M.Qreçneva cinayəti etiraf edib.

M.Qreçneva barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin dindirmə zamanı M.Qreçneva törətdiyi əməli etiraf edib. Evliliyin ilk günündən etibarən qaynanasının onunla yola getmədiyini, oğlundan onu boşamasını ı tələb etdiyini deyib. Ailədaxili narazılıqlar səngimək bilməyib və Mədinə oğlunu da götürərək ər evini tərk edib. Amma həyat yoldaşı ilə əlaqəsini kəsməyib. Qaynanası evdə olmadığı zamanlar əri Aliklə evdə görüşüb. Mənzilin açarının biri Mədinə də olub. Növbəti dəfə evə gələrkən dəhlizdə qaynanası ilə rastlaşıb. Qaynana-gəlin arasında yaranan mübahisə qansız ötüşməyib.

Məhkəmə prosesində M.Qreçneva ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində qaynanasını öldürmək niyyəti olmadığını, hadisə baş verən gün 70 yaşlı Valentinanın ona bıçaqla hücum çəkdiyini, özünü qorumaq üçün masadakı boş araq şüşəsi ilə onun başına zərbə vurduğunu göstərib: “Bir əlində bıçaq, bir əlində də boş dixlofos qabı üstümə hücum çəkdi. Onun hücumunu dəf etmək üçün araq şüşəsi ilə dörd dəfə başına vurdum. Üzərimə gəldiyi üçün özümü müdafiə etmişəm”.

M.Qreçnevanın həmçinin ifadəsində birgə yaşadıqları dövrdə qaynanasının evi zibilxanaya çevirdiyini, mütəmadi olaraq spirtli içki içdiyini, onu heç vaxt gəlin kimi qəbul etmədiyini, hətta oğlu Danielinin atasının Alik olmadığını iddia edib.

Zərərçəkmiş Alik Qreçnov məhkəməyə verdiyi ifadəsində işdən evə qayıdan zaman anasını dəhlizdə qan içərisində tapdığını deyib. O, məhkəmədən anasının qatilinə ən ağır cəza verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə M.Qreçneva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Bakıda qətl törədilib
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb
Azərbaycanda kişi ondan boşanmaq istəyən arvadını öldürdü
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Balakəndə narkotacir tutuldu - FOTO
Bakıda 14 yaşlı əcnəbi küçədə qarət olundu
“Yad kişi telefonu aldı, arvadımla yataqda olduğunu dedi” – Şok təfərrüat
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Qonşusunu öldürən şəxs saxlanıldı
Gəlinini, nəvələrini və qardaşı arvadını bıçaqlayan Gəncə sakini saxlanıldı
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı - MƏHKƏMƏ
Bacısını kanalda boğub öldürən şəxs həbs edildi
Qazaxda 28 yaşlı qadın qaçırıldı
Masallıda bacısının sevgilisini öldürən şəxs yenidən məhkəmə qarşısında
Qadını öldürüb, anasını bıçaqlayan şəxs saxlanıldı
Bakıda 30 yaşlı kişi bıçaqlanıb
Bakıda xalaoğlanları qadına maşında təcavüz etdi
Azərbaycanda qaraçılar arasında baş verən dəhşətli qətllə bağlı yeni xəbər
Cəzaçəkmə müəssisəsinə çörəyin içində narkotik keçirməyə cəhd edildi
İmişlidə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO