İkimərtəbəli ev yandı
17-04-2021, 20:10
36

İkimərtəbəli ev yandı

Gədəbəydə ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər