Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi - FOTO
19-04-2021, 13:43
35

Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi - FOTO

Aprelin 16-da saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb, lakin sərhəd pozucuları əmrə tabe olmayıb və ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd naryadı tərəfindən təqib edilərək saxlanılıblar.
Saxlanılan şəxslərin İran vətəndaşları 1991-ci il təvəllüdlü Feyzi Yaser Nəriman və 1993-cü il təvəllüdlü Hüseynpur Seccad Həsən olmaları müəyyənləşdirilib.
Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri - Feyzi Yaser Nəriman qolundan yüngül yaralanıb və ilkin tibbi yardım göstərilərək Füzuli Rayonu Diaqnostika Mərkəzinə təxliyə edilib.
Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla Azərbaycan Respublikasının ərazisinə keçirmək istədiyi iki ədəd bağlamada 1159 ədəd həb və 78 ədəd “Costed Mikro Politedve” markalı aparata oxşar əşya aşkar olunaraq götürülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sərhəd pozucuları ilə əlbir olaraq dərman preparatlarını qarşılamaq məqsədi ilə əraziyə “Opel” markalı 99-EY-840 dövlət nömrə nişanlı avtomobillə gəlmiş Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Hüseynov Elşən Nizami oğlu və Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Sadəddinov Ülvi Qismət oğlu saxlanılıblar.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Oxşar xəbərlər

İran-Azərbaycan sərhədində atışma: ölən var
Sərhədi pozmaq istəyən şəxsdə narkotik maddələr aşkarlandı
Sərhəddə əməliyyat - 45 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı - FOTO
Zəngilanda sərhəd zastavasının açılışı oldu
DSX-dən sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO
Azərbaycan-İran sərhədində gərginlik: sərhədpozuculara atəş açıldı
İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
İrandan Azərbaycana 84 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - Foto
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı
Mincivan sərhəd zastavasının görüntüləri - VİDEO
Ermənistanla sərhədin bir addımlığında... - VİDEO
SON Dəqiqə: Ermənilər Qazaxda atəşkəsi pozdu
Ermənistanın Sərhəd Qoşunlarının əsgərləri məhv edilib
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
Gürcüstandan ölkəyə narkotik keçirilməyə cəhd edildi - FOTO
DSX-dən əməliyyat: Üç nəfər tutuldu - FOTO
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
DSX-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTOLAR
DSX dənizdə köməksiz vəziyyətdə qalmış şəxsi xilas etdi
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
DSX və DİN-dən birgə ƏMƏLİYYAT
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
General: "9 tondan çox narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb"
Hərbçilərin ərzaqları xaricdə satılır? - DSX-dən AÇIQLAMA
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifədən qovuldu
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir”
Prezidentin köməkçisi Ermənistanla sərhəddə - FOTOLAR
TƏBİB-in şöbə müdiri vəzifədən getdi - YENİ TƏYİNAT