Narkotik satışı ilə məşğul olan 4 nəfər tutuldu
19-04-2021, 17:50
52

Narkotik satışı ilə məşğul olan 4 nəfər tutuldu

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, bu məqsədlə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Şirvan şəhərində xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat nəticəsində Şirvan və ətraf rayonlarda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Onlardan külli miqdarda heroin və digər növdən olan narkotik maddələr götürülüb.
Əməliyyat zamanı əvvəlcə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şirvan şəhər sakini Elxan Nəsirov saxlanılıb. Ondan satış məqsədi ilə əldə edib üzərində gəzdirdiyi və yaşadığı evdə gizlətdiyi ümumi çəkisi 45 qram narkotik vasitə tiryək aşkar olunub. İlkin araşdırma zamanı Elxan Nəsirov narkotik vasitəni əvvəldən tanıdığı xarici ölkələrdən birinin vətəndaşından Astara rayonu ərazisində  təyin edilən yerdə götürdüyünü və satmaq məqsədi ilə Şirvan şəhərinə gətirdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən Şirvan şəhərində həyata keçirilən digər əməliyyat zamanı şəhər sakini əvvəllər məhkum olunmuş Vidadi Feyziyev və Nadim Dadaşov da  saxlanılıblar. Axtarış zamanı Vidadi Feyziyevin üzərindən 36 qram metamfetamin, Nadim Dadaşovdan isə 40 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə  əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Fərid Məmmədov da saxlanılıb. Onun üzərinə baxış zamanı 66 qram, yaşadığı evdən isə 10 qram heroin aşkar olunub.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda daha bir narkotacir saxlanıldı
Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
Polis əməliyyat keçirdi - Video
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
DİN-dən ƏMƏLİYYAT: Narkotik satışı ilə məşğul olanlar saxlanıldı - VİDEO
Polis kokain və ekstazi satan şəxsi saxladı
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
Bakıda onlayn narkotik satanlar həbs edildi - VİDEO
Polis əməliyyat keçirdi - Saxlanılanlar var + VİDEO
DİN əməliyyat keçirdi - Video
Bakıda qadın narkotacir saxlanılıb
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Sosial şəbəkələrdə narkotik satan şəxs yaxalandı
DİN əməliyyat keçirdi - Külli miqdarda narkotik aşkarlandı
Bərdə sakinindən 8 kq-dan artıq narkotik götürüldü - FOTO
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
Lənkəran sakinindən narkotik götürüldü
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Narkotik satışı ilə məşğul olan iki qardaş tutuldu
Saxta pul hazırlayanlar saxlanıldı - FOTO
Ağdaş sakinindən narkotik götürüldü
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Biləsuvarda yerin altından narkotik və silah tapıldı
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Şəkidə keçmiş məhkum narkotiklə tutuldu
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR (VİDEO)
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı