Bakıda mebel salonunda YANĞIN
20-04-2021, 10:45
44

Bakıda mebel salonunda YANĞIN

Bakıda yanğın hasisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Nizami rayonunda ümumi sahəsi 1250 m² olan dördmərtəbəli binanın (ofis və mebel salonu kimi fəaliyyət göstərir) birinci mərtəbəsinin yanar konstruksiyaları 50 m² sahədə və içərisində mebel əşyaları qismən yanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Oxşar xəbərlər