Bakıda maskalı şəxslər evə BASQIN ETDİ - VİDEO
21-04-2021, 13:33
32

Bakıda maskalı şəxslər evə BASQIN ETDİ - VİDEO

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 19 aprel 2021-ci il tarixində gecə saat 03 radələrində yaşadığı mənzildə tək olan zaman üzlərində maska olan naməlum şəxslər evin giriş qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olublar.
Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, daha sonra həmin şəxslər onun boğazından tutaraq həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. Bu zaman qadın yataq otağında pulun yerini göstərəcəyi bildirərək orada quraşdırılan siqnalizasiya sistemini işə salıb. Yaranan səsdən sonra həmin şəxslər qaçaraq mənzili tərk ediblər. Hadisə yerindən uzaqlaşan zaman onlar qadının 1500 manat pulunu da götürüblər.
Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin və 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Elman Şahmuradov Sumqayıt şəhəri, Kənan İsmayılov isə Ceyranbatan qəsəbəsi ərazisində saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Araşdırma zamanı həmçinin müəyyən edilib ki, Kənan İsmayılov zərərçəkən qadının yaxın qohumudur və onun təklifindən sonra hər iki şəxs qeyd edilən hadisəni törədiblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda azyaşlı qızların sırğalarını oğurlayan şəxslər saxlanıldı
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Bakıda evlərdən 7 min manatlıq oğurluq edildi
Bankomat kartından oğurluq edənlər tutuldu
Bakıda yataq xəstəsi olan qadına qarşı soyğunçuluq edildi - VİDEO
Aptek işçisini hədələyərək quldurluq edən şəxs ələ keçdi - FOTO/VİDEO
Bakıda qadını şantaj edən şəxs saxlanılıb
Bakıda qadının evinə girib quldurluq edən şəxs saxlanıldı
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Bakıda iki "haker" tutuldu: "06" ilə... - VİDEO
Mağazalarda müştəriləri qarət edən dəstə ələ keçdi - Video
Bakıda bankomat kartlarından oğurluq edən şəxs saxlanıldı - VİDEO
Yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutuldu
Bakıda avtomobildən oğurluq edildi
Qadının əllərini və ağzını bağlayıb, bıçaqla hədə-qorxu gəldilər
Bakıda xalaoğlanları qadına maşında təcavüz etdi
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı - FOTO
Avtomobil yoluna çıxan naməlum qadının şəxsiyyəti müəyyən olunub
Bakıda iki qadın Britaniya vətəndaşını soydu - VİDEO
Nəsimi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb
Qadını itələyən polislə bağlı qərar verildi - VİDEO
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Bakıda musiqi məktəbindən oğurluq edildi
Yeni Suraxanıda evə basqın - Qadını döyüb pul və telefon apardılar
Müştəri sifariş gətirən şəxsi öldürməklə hədələdi - VİDEO
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Bakıda gözəllik salonu qarət olundu
Bakı sakininə qarşı qeyri-adi soyğunçuluq - “Topaz” kuponu zorla əlindən alınıb
Bakıda maskalılar sürücünün 10 min dollar pulunu alıb
Bakıda toy keçirmək istədilər, polis basqın etdi - VİDEO