Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaqı başa çatdı
21-04-2021, 18:17
37

Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaqı başa çatdı

Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkarlanıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılaraq İlkin Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib./APA

Oxşar xəbərlər

10 yaşlı Nərminin qətlində təqsirləndirilənlə bağlı YENİ QƏRAR
Nərminin qətlində günahlandırılan İlkinlə bağlı qərar
10 yaşlı Nərminin qətlinin gizli məqamları – VİDEO
Nərminin qətli ilə bağlı cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir - Rəsmi
"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya
Vəzifəli şəxslərinin məhkəməsi başlayır
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı
Tanınmış gitaraçı Nofəl Süleymanovu ölümü ilə bağlı oğlunun məhkəməsi başlayır
Dövlətə xəyanətdə təqsirləndirilən ər-arvadın məhkəməsi başlayır
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
Azərbaycanda kişi ondan boşanmaq istəyən arvadını öldürdü
“Hövsanlı Mayıl”ı qətlə yetirən şəxsin məhkəməsi başlayır
Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
Bakıda politoloq rüşvətdə ittiham edilir
Yasamalda qətldə təqsirləndirilən şəxs tutuldu
Elvin İsayevin məhkəməsi başlayır
Hacıqabulda qadın qaynı oğlu tərəfindən qətlə yetirildi
"Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayır - Foto
Bakıda 36 yaşlı kişini öldürən dəstədən XƏBƏR VAR
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Bakıda DƏHŞƏT: Qadını öldürüb basdırdılar
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Bakıda baş verən qətlin üstü açıldı
Babasını və nənəsini öldürüb, qardaşının evini yandıran şəxsdən XƏBƏR VAR
Azərbaycanda qaraçılar arasında baş verən dəhşətli qətllə bağlı yeni xəbər
Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər
Abşeronda rüşvət alan məmurların məhkəməsi başlayır
“Azərtoxum” MMC-nin direktorunun bıçaqlanması işi üzrə məhkəmə başlayır
Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı - MƏHKƏMƏ
Bərdədə qadın həmkəndlisini güllələyib