Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
8-06-2020, 17:14
277

Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ

Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) bir qrup vəzifəli şəxslərinin cinayət əməllərinə görə 6 may 2013-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaqla Ağdaş rayon ƏSMM-nin sabiq direktoru Vahid Seyfəlovun, mühasibat uçotu sektorunun sabiq müdiri Müşviq Baxışov, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon poçt filialının sabiq şöbə rəisləri Adil Həsənov və Əslan Lətifovla qabaqcadan əlbir olaraq, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Müstəqim Məmmədov və rayon peşə məktəbinin sabiq baş mühasibi Yaşar Həsənov tərəfindən hazırlanmış yaşayış yeri və təhsil haqqında saxta arayışlar əsasında 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə sosial müdafiə mərkəzinin səlahiyyət dairəsində yaşamayan, uydurulmuş, eləcə də yaşayan şəxslərin adından özlərinin məlumatı olmadan sosial müavinətin təyin edilməsi haqqında saxta müraciət ərizələri və qərarlar, ödəniş tapşırıqları və şəxsi hesab kartları hazırlamaqla müxtəlif növlərdə saxta sosial müavinət işləri açaraq həmin müavinət işləri üzrə pul vəsaitlərini mənimsəmələri faktları müəyyən edilib.
Həmin vəzifəli şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin barəsində müvafiq ittiham hökmləri çıxarılıb.
Qeyd edilən cinayətlərin törədilməsi zamanı həmin vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq birgə icraçı kimi çıxış etmiş digər vəzifəli şəxsin istintaq zamanı müəyyən edilməməsi səbəbindən həmin cinayət işinin materiallarından 23 may 2017-ci il tarixdə yeni cinayət işi ayrıca icraata ayrılıb və iş üzrə icraat 20 may 2020-ci il tarixdə təzələnib.
İstintaqla həmin mərkəzdə ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi işləmiş Mahuzər Musayevanın yuxarıda adları qeyd edilən şəxslərlə birgə, eyni cinayət əməllərini törətməsi nəticəsində 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxtakarlığa yol verib cinayət yolu ilə əldə etdikləri 1 milyon 930 min manat məbləğində pul vəsaitini cinayətkar qrupun üzvləri arasında bölməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmin əməllərə görə Mahuzər Musayeva Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Bələdiyyənin sabiq sədrinə cinayət işi açılıb
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Saxlanılan icra başçısının ittihamları məlum oldu
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
Ağdaşda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Uşaq bağçasından oğurluq edən şəxs saxlanıldı
Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama
“Semaşko”da yoxlamalar aparılır? - Baş Prokrorluqdan açıqlama
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Ceyhun Cəfərov məhkəməyə gətirildi
“Güllübulağ”ın rəhbəri həbs edildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var