Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
9-06-2020, 15:30
465

Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi

Prokurorluq daha bir korrupsiyaya yol vermiş şirkət rəhbərini həbs edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.
Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən "BMS AQRO" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan MMC-nin təsisçisi və direktoru Mülhazil Balakişiyevin digər şəxslərlə qabaqcadan əlbir olaraq 5200 baş müxtəlif cins damazlıq xırda buynuzlu mal-qaranın lizinq yolu ilə alınması ilə bağlı 24 iyul 2014-cü il tarixdə "Aqrolizinq" ASC tərəfindən elan edilmiş tenderin qalibi olduqdan sonra ümumilikdə 3 milyon 692 min avro (həmin dövrün məzənnnəsi ilə 3 milyon 581 min manat) məbləğində pul vəsaitinin köçürülməsinə nail olaraq müqavilə öhdəliyi üzrə 2 milyon 583 min avro (həmin dövrün məzənnəsi ilə 2 milyon 505 min manat) dəyərində olan 3600 baş xırda buynuzlu mal-qaranın gömrük rəsmiləşdirilməsindən keçirməklə ölkəyə gətirərək qeyd olunan müqavilə üzrə ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat) məbləğində pul vəsaitini nağdlaşdırmaqla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Balakişiyevin əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsinin əlamətləri oluduğundan ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Şirkət direktoruna cinayət işi açıldı
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Araz Əlizadə yeni Baş prokurordan gözləntilərini açıqladı: “Əminəm ki, belə də olacaq”
Bələdiyyə sədrinə cinayət işi açıldı
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Baş Prokurorluqda yeni şöbə rəisi təyin olundu
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Rüşvətxor və korrupsionerlərin “qara günləri” başlayır
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Daha bir icra hakimiyyətində əməliyyat keçirilir - Həbslər var
“Semaşko”da yoxlamalar aparılır? - Baş Prokrorluqdan açıqlama
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
DTX generalı belə saxlayıb - VİDEO
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir