Azərbaycanda kişi azyaşlı ögey oğluna işgəncə verdi
28-04-2021, 16:06
110

Azərbaycanda kişi azyaşlı ögey oğluna işgəncə verdi

Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qalıb.
“Report”un xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 40 yaşlı Paşa Laçınov ögey oğlu 4 yaşlı M.D.-ni (şərtidir) döyərək ona işgəncələr verib.
Yevlax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadan “Report”a bildirilib ki, faktla bağlı məsələ araşdırılır. Qeyd olunub ki, uşaq hazırda hüquq-mühafizə orqanlarının nəzarətindədir:
“Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmalardan sonra yekun məlumat ictimaiyyətə təqdim ediləcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə “Report”a deyib ki, fakt öz təsdiqini tapacağı təqdirdə hadisəyə hüquqi qiymət veriləcək:
“İstənilən halda zorakılıq yolverilməzdir və zorakılığı törədən şəxslər məsuliyyət daşıyırlar. Fakt öz təsdiqini taparsa, azyaşlı ailədən alınaraq dövlətin himayəsinə veriləcək və zorakılıq faktı ilə bağlı müvafiq tədbir görüləcək”.

Oxşar xəbərlər

Azərbaycanda atanın ögey qızına işgəncə verməsi məsələsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ
Sumqayıtda ata ögey qızına işgəncə verdi - Foto,Video
Komitədən Mətanətin işgəncə verən oğlu ilə bağlı AÇIQLAMA
Mətanətin oğlu övladına buna görə işgəncə verib - ŞOK SƏBƏB
Dövlət Komitəsindən döyülən gəlinlə bağlı AÇIQLAMA
Zərdabda 33 yaşlı kişi intihar etdi
Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri işdən çıxarıldı
Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib
Şəmkirdə 17 yaşlı gənc özünü güllələyərək ÖLDÜRDÜ
Oğucda meşədə ağac kəsən kişi öldü
Valideynlərini itirmiş azyaşlı qız nəzarətə götürülüb
İsmayıllıda doğuş zamanı FACİƏ - İki uşaq anası öldü
Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayılıb - VİDEO
Bakıda 4 yaşlı uşağı it parçalayaraq öldürdü - ŞOK
Göyçayda yaşlı kişini qoç vurub öldürdü
Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb
Bakıda FACİƏ: 59 yaşlı kişi bayram tonqalında yandı
Yeniyetmə qız uşaq dünyaya gətirdi - 50 yaşlı kişi saxlanıldı
Azərbaycanda DƏHŞƏT: Kişi arvadını boğaraq ÖLDÜRDÜ
Biləsuvarda 74 yaşlı qadın çayda boğulub
Xaçmazda dönərxanada zəhərlənmə: 17 yaşlı gənc öldü
Azərbaycanda yeniyetmə dörd dəfə uşaq dünyaya gətirib
Gəncədə PARTLAYIŞ - Xəsarət alan var
Ermənistanda müəmmalı ölüm hadisələri baş verdi
Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü
Arvadının ölümünə dözməyən kişinin meyiti həyətdən tapıldı - Azərbaycanda
Azərbaycanda azyaşlı qıza təcavüz edilib? - DİN hərəkətə keçdi
Şamaxıda 9 yaşlı uşaq göldə bataraq ölüb
Bayram günü Yevlaxda AĞIR QƏZA: ÖLƏN VƏ YARALANANLAR VAR
Yevlaxda kişi bacısı oğlunu güllələdi