Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
10-06-2020, 21:30
167

Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi

Prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bu xüsusda prokurorluq orqanlarının əhali arasında olan nüfuzuna və imicinə kölgə salmaqla vətəndaşların qanunla qorunan mənafelərinə zərər vuran prokurorluq əməkdaşı barədə qanunamüvafiq tədbirlər görülüb.
Belə ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.
Aparılmış araşdırmalarla Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən, icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edərək istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərclərin həmin şəxs tərəfindən ödənilməli olması adı ilə aldadaraq, 5000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə O.Hacıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona qarşı Cinayət Məcəlləsinin qeyd edilən maddələrdə nəzərdə tutulmuş ittiham elan olunub.
Cinayət işi üzrə istintaq tamamlanaraq, 10 iyun 2020-ci il tarixdə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Baş prokurordan yeni TƏYİNATLAR
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Baş Prokurorluqda yeni şöbə rəisi təyin olundu
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
Şirkət direktoruna cinayət işi açıldı
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
“Semaşko”da yoxlamalar aparılır? - Baş Prokrorluqdan açıqlama
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Elvin İsayevin məhkəməsi başlayır
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Nöqsana yol verən prokuror köməkçisi işdən qovuldu
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
Daha bir sabiq məmura cinayət işi açıldı
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı