Siyəzəndə dəhşət: Kənd sakini küçədə qətlə yetirildi
3-05-2021, 12:00
73

Siyəzəndə dəhşət: Kənd sakini küçədə qətlə yetirildi

Siyəzən rayonunda qətl hadisəsi törədilib.
Siyəzən rayon prokurorluğundan verilən məlumata görə, mayın 2-də saat 11 radələrində Siyəzən rayonu, Zarat kəndində Hüseynov Hüseyn Zülfüqar oğlunun bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Oxşar xəbərlər

Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Kürdəmirdə kişi tanışı tərəfindən ÖLDÜRÜLDÜ
30 yaşlı kişini qətlə yetirən şəxs tutuldu - RƏSMİ
Qonşusunu öldürən şəxs saxlanıldı
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Bakıda oğul atasını öldürdü
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Şabran sakini həmyerlisini bıçaqlayıb
Xızıdakı insidentlə bağlı cinayət işi BAŞLANILDI
Abşeronda kişi arvadını azyaşlı oğlunun gözü qarşısında öldürüb
Bakıda dəhşətli faciə: 19 yaşlı oğlan atasını qətlə yetirdi
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Bakıda oğul anasını öldürdü
Bakıda qayınata kürəkənini qətlə yetirdi
Ağsuda güllələnmə
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
Cəlilabad sakini qonşusunu güllələdi
Bakıda DƏHŞƏT: Qadın ərini öldürdü
Prokurorluq Xaçmazda iki nəfərin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb
Qısqanc ər arvadını qətlə yetirdi
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Qadını öldürüb, anasını bıçaqlayan şəxs saxlanıldı
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
8 ay əvvəl Bakıda tanışını bıçaqlayıb qaçan şəxs həbs edildi
Sumqayıtda qonşusunu baltalayan şəxs tutuldu
Bakıda qaynata kürəkənini güllələdi
Bakıda 22 yaşlı oğlan qətlə YETİRİLDİ
Azərbaycanda dəhşətli qətl: Bacı qardaşını bıçaqladı
Hökməlidə dəhşətli cinayət: Atasını qəddarlıqla qətlə yetirdi