Oyuncaq pul barədə verdiyi sual səkkiz yaşlı uşağın başına oyun açdı - FOTO
13-06-2020, 13:00
286

Oyuncaq pul barədə verdiyi sual səkkiz yaşlı uşağın başına oyun açdı - FOTO

İsveçrədə səkkiz yaşlı uşağın adı 2032-ci ilə qədər polisin məlumat bazasına salınıb. Səbəbi isə onun kənd dükanında satıcıdan oyuncaq pulla ödənişə icazə verilib-verilməyəcəyi barədə soruşması olub.
Bu barədə “Basler Zeitung” nəşri xəbər yayıb. 
Bildirilir ki, kimliyi açıqlanmayan uşağın adı bazada 21 yaşına qədər saxlanılacaq.
Məlumata görə, uşaq 10 yaşlı qardaşı və yaşı qeyd olunmayan qonşusu ilə birlikdə dükana gedib. Uşaqlardan kiçiyi satıcıdan soruşub ki, Çinin oyuncaq pulu ilə ödəniş edə bilərmi?
Uşaqda üzərində Çin heroqlifi olan avro (Polis hesabatlarında bu “oyuncaq pul” kimi qeyd edilib) olub. Mağaza əməkdaşları pulun saxta olduğunu görərək, polisə müraciət ediblər.
Hadisədən bir ay sonra “saxta pulla ödəniş cəhdi”nə görə uşaq barəsində yoxlamalara başlanılıb. Onların evində axtarış aparılıb və 5, 10, 20 və 50 avro nominallı daha bir neçə oyuncaq əsginaz aşkarlanıb.
Polis hesabatında bildirilib ki, hüquq mühafizəçiləri gələcəkdə baş verə biləcək cinayətlərin qarşısını almaq üçün oyuncaq pulları müsadirə edib. 
Eyni zamanda, asayiş keşikçiləri vəkilin iştirakı olmadan uşağı və qardaşını sorğu-sual edib, onların şəklini çəkib.






Oxşar xəbərlər

Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Bakının məşhur mağazasında "trans gəlincik" qalmaqalı - Fotolar
Almaniyada ana beş uşağını öldürüb
Sumqayıtda itkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı - Yenilənib
Sumqayıtda ata ögey qızına işgəncə verdi - Foto,Video
Karonovirusdan ölmüş anasının yanında 16 saat keçirən uşaq
14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən ana azadlığa buraxıldı
Azərbaycanda polis intihar etdi - YENİLƏNİB + FOTO
"Ben Laden"in oyuncağı təşviş yaratdı
Beş uşaq anası övladlarına narkotik maddə verdikdən sonra boğaraq öldürüb...
Əlində qızının kəsilmiş başı ilə çılpaq halda tutuldu – FOTO/VİDEO
Lerikdə müəllimindən hamilə qalan 15 yaşlı məktəbli ana oldu
19 aylıq uşaq maska taxmadığı üçün ailəsi təyyarədən endirildi - FOTO
Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı - Foto
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
İtburnu yığan ana və qızını ildırım vuraraq öldürdü - FOTO
Qızına qarşı əxlaqsızlıq edən ata həbs edildi
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
Müştərilərin “Baku Electronics”dən narazılığı səngimir: - Mağaza tanınmış şəxsin anasını necə aldadıb?
Abşeronda seksual manyak 5 yaşlı qıza....
İranda “saxta tibb bacısı” əməliyyatı
Bakıda saxta pul əməliyyatları ilə bağlı ilginc iddialar
Gəlinin qayınatasını bıçaqlaması ilə bağlı YENİ XƏBƏR: - 20 gün əvvəl...
Balakəndə narkotacir tutuldu - FOTO
Azərbaycanda uşaq nəhəng şişlə doğuldu - FOTOLAR
Diri-diri torpağa basdırılmış qadın üç gündən sonra qəbirdən sağ çıxdı - FOTO
Polis saxta pul çap edənləri yaxalayıb