Bakıda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
 
Belə ki, Binə qəsəbəsində 1963-cü il təvəllüdlü Qaraşova Yeganə Musa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin küt travması diaqnozu qoyulub.