Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
8-07-2020, 16:06
888

Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

Korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir...
Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Lütfi Qədirovun Orkestrin hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə, Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək, əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib, xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən, ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan qanunsuz əməllərə görə Lütfi Qədirova Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
“AzGold” MMC-nin rəhbəri həbs edilib
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Şirkət direktoruna cinayət işi açıldı
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Daha bir şirkət rəhbəri həbs edildi
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
“Güllübulağ”ın rəhbəri həbs edildi
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Baş Prokurorluqda yeni şöbə rəisi təyin olundu
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Şirkət əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi