Bakıda azyaşlını elektrik cərəyanı vurub.
Gündəlik Bakı Lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 8-də "Neftçilər" metrostansiyası yaxınlığında baş verib. 11 yaşlı Orucov Xəyal Xəqani oğlunu orada yerləşən uşaq bağçalarının birinin hasarında elektrik cərəyanı vurub.
Nəticədə o, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.