HADİSƏ
1-10-2019, 18:00
10 177
Samuxda partlayış - Yaralılar var
Samuxda qaz balonunun partlaması nəticəsində iki nəfər ağır yanıq xəsarəti alıb.
Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Salahlı kəndində qeydə alınıb. Kənd sakini 1961-ci il təvəllüdlü Abbasov Şahbaz İlyas oğlu qaz balonunu düzəldən zaman partlayış baş verib.
Nəticədə bütün bədən səthi yanıb. Onun qardaşının həyat yoldaşı 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı isə yuxarı ətrafın yanığı xəsarətini alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. A. Şahbazın vəziyyəti ağırdır, qadın isə şokdadır.