Neftçala rayonunda intihar hadisəsi baş verib.

Hadisə Neftçala rayonunun Mayak-2 kəndində baş verib. Kənd sakini, 57 yaşlı Hüseynov Rövşən Sabir oğlu səhər saatlarında yaşadığı evin həyətində özünü asaraq intihar edib. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.