Nəzarətsiz qalan azyaşlının başına bədbəxt hadisə gəlib.

Hadisə Sabirabad rayonunun Əsədli kəndində qeydə alınıb.

Kənd sakini, 2015-ci il təvəllüdlü Soltanlı Əlizamin Zamin oğlu nəzarətsiz olduğundan ehtiyatsızlıq edib və bu zaman onun üstünə qaynar çay tökülüb. Yanıq xəsarətləri alan azyaşlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.