Bakıda müəllim dənizdə batan ana və qızını xilas etdi
13-08-2020, 12:58
119

Bakıda müəllim dənizdə batan ana və qızını xilas etdi

Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib.
Bu barədə Ali Məktəbdən məlumat verilib.
Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən həyat yoldaşının köməyi ilə batmaqda olan ana və qızını xilas edə bilib.
Köməyə 3 nəfərin ehtiyacı olsa da, güclü şimal küləyi onları sahildən xeyli uzaqlaşdırdığından ailə başçısını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun cansız bədənini sahilə çıxarıblar.
Qeyd edək ki, Pyotr Kuvşinov su polosunda idman ustası, eləcə də Qarabağ müharibəsi veteranıdır. O, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib. Belə ki, Birinci Avropa Oyunlarında Texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında Su Polosu üzrə Azərbaycan Milli komandasının məşqçisi kimi sertifikatlara da layiq görülüb.
1992-ci ildə Qarabağ uğrunda Vətən müharibəsinə könüllü olaraq qoşularaq, 1996-cı ilə qədər erməni işğalçılarına qarşı igidliklə vuruşan Pyotr Kuvşinov ağır yaralanaraq ordudan tərxis olunub. O, bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. İki il əvvəl xərçəng diaqnozu qoyulan Pyotr Kuvşinov 12 kimyaterapiya müalicəsi aldıqdan sonra 63 yaşında xəstəliyə qalib gələ bilib. O, 2 illik reabilitasiyadan sonra ilk dəfə istirahət etmək üçün çimərliyə üz tutub və özünü təhlükəyə atmasına baxmayaraq, insanların həyatını xilas etməyə nail olub.


Oxşar xəbərlər

Dənizdə batan bank müdiri tanınmış prokurorun qardaşı oğludur - Yeni təfərrüatlar
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olundu
Balakənçayda köməksiz qalan şəxs xilas edildi
İtburnu yığan ana və qızını ildırım vuraraq öldürdü - FOTO
Özünü dənizə atan şəxs xilas edildi
V qrupda qabiliyyət imtahanları ləğv olundu - ballar artırıldı
Bulvarda özünü dənizə atan şəxs xilas edilib
Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər
Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar məlum oldu - SİYAHI
Arvadını fahişəliyə məcbur edən taksi sürücüsü - Müştərilərə özü aparırmış
Tanınmış azərbaycanlı musiqiçi vəfat etdi
İftarda şərbətə görə düşən mübahisə faciə ilə bitdi
Azərbaycanda müğənni koronavirusdan öldü
Şirlər bir neçə il əvvəl onları xilas etmiş kişini parçaladılar
Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
İtaliyada idman zalları, fitnes klubları və hovuzlar açıldı
Novxanıda dənizdə gənc oğlan batdı
22 yaşlı idmançı yarış zamanı öldü
Övladlığa uşaq götürən məşhurlarımız
Motosiklet avtomobilə çırpıldı - sürücü öldü
Yayılmış əxlaqsız videoya görə qızını güllələdi, videodakı qadın başqası çıxdı - FOTO
“Elə müəllim var, 5 fəndən dərs deyir”
Azərbaycanda mərc oyunları QANUNDAN KƏNARDIR... - İLGİNC
Bu il ərzində Azərbaycanda təbii fəlakət və texnogen qəzalar nəticəsində 28 nəfər həlak olub
Məşhur müğənni dünyasını dəyişdi
Dövlət Dəniz Agentliyi xəbərdarlıq etdi
Qonşu qızını təhqir etdi, qardaşı onun qanını tökdü - Bakıda olay
Nazirlik əhalini ehtiyyatlı olmağa çağırdı: Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq
Sumqayıtda faciə - 8 yaşlı qız 4-cü mərtəbədən yıxılaraq ölüb
"Əsas məsələ idmançıların sağlamlığıdır"