"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov AZAL rəhbəri Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevadan şikayətlərinə görə məhkəməyə verilib. İsmayılov dövlət orqanlarına ünvanladığı şikayət məktublarında, mediaya müsahibələrində iddia edirdi ki, Həmzəyeva zorla "İdeal"ı onun əlindən alıb, bu məqsədlə o, sifarişlə həbs etdirilib və s.
"Premium Bank"ın əsas səhmdarı olan Həmzəyeva məhkəməyə özü müraciət etməyib. Onun ünvanına səslənən fikirlərə görə hüquqşünası və nümayəndəsi Məharət Hüseynli xüsusi ittiham qaydasında iddia qaldırıb. İsmayılovun CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması tələb edilib.
İddiaya Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyev baxıb. İyulun 5-də çıxarılan hökmdən məlum olub ki, məhkəmə iddianı əsassız hesab edib. Belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib. Ona görə də məhkəmə prosesinin əvvəlində CM-nin 147 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində tanınan İsmayılova bu ittihamlar üzrə bəraət verilib.
İşadamı İsmayılov hazırda həbsdədir. O, CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. (Azadliq.org)
Amma İsmayılov özünü təqsirli bilmir. Məhkəməsində də deyib ki, başına gələnləri ictimailəşdirdiyinə görə onu cəzalandırmaq, həm də susdurmaq məqsədilə yenidən həbs ediblər.
"İdeal"ın idarəçiləri 2020-ci ildə "Sabina" mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company"ə daxil edilib.
Həmzəyeva həm də Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan "Gazelli Group"un rəhbəridir.
"Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb. 2008-ci ildə adını "SilkWay Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, "VIP Aviation Services" MMC və Elvira Əhmədovadır.
Cahangir Əsgərovun xanımına “yox” deyildi
05
iyul
15:50

Qarabağ
OXŞAR XƏBƏRLƏR
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
Cahangir Əsgərov İDEALın keçmiş sahibini NECƏ MÜFLİS EDİB... - ÇƏKİŞMƏ...
Məhkəmə “İdeal”ın keçmiş sahibi ilə bağlı QƏRAR VERDİ
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərindən xəbər var
AZAL şefinin həyat yoldaşından 7.7 milyonluq yatırım - SİYAHI
“İdeal”ın keçmiş sahibinin məhkəməsi başlayır
Həbsdə olan “İdeal”ın keçmiş sahibi ilə bağlı YENİ XƏBƏR
Azərbaycanda milyonları mənimsəyən bankirin əmlakının üzərinə həbs qoyulmadı — ŞOK QƏRAR
AXCP üzvünə hökm oxundu –Məhkəmə
Məşhur avtomobil şirkəti AMEA-nı məhkəməyə verdi – Borca görə…
AZAL-da yoxlamalar başlayıb: - Əsgərovun aiqbəti necə olacaq?
Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Keçmiş nazir məhkəmədən NİYƏ QAÇIR? - Yenə eyni tələb səslənsə də...
AZAL şefi necə milyonları qazanır, AZAL-sa müflisləşir... - İDDİA
Əsgərovların Londondakı şirkətində şübhəli ad dəyişikliyi - İz qarışdırır? (FOTOFAKT)
Cahangir Əsgərovun Batumidə 31 milyon dollarlıq oteli... – 100 işçisi var
Generalın şikayəti təmin edilməyib
Ədliyyə nazirinin müavini Azər Cəfərov məhkəmələrə necə təsir edir? - GİLEY
Koçaryan Paşinyanı məhkəməyə verdi
Cahangir Əsgərov Londondakı şirkətinin adını dəyişdi - İZ AZDIRIR?
İcra başçısı məhkəməyə verildi
"Lady Sharm”ın rəhbərini həbsdən çıxarmaq üçün qardaşı 300 minə razılaşıb
Sabiq rəis Eldar Mahmudovun qızını məhkəməyə verdi
AZAL çarter reysi adı altında xalqı talayır...- İTTİHAM
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi
Azərbaycan səmasının Cahangiri - milyardlar necə "uçur"?
Cahangir Əsgərovun xaricdəki 2 milyard dollarlıq sərvəti - İLGİNC SİYAHI AÇIQLANDI
Cahangir Əsgərov Müşahidə Şurasıyla hesablaşacaqmı? - "Rəhbərlik dəyişikliyinin vaxtı çatıb"
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi - Borc iş adamını işə saldı
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Alina Kabayeva və daha 15 rusiyalıya sanksiya tətbiq edildi
- Təhlükəli asteroid Yerə yaxınlaşır
- Qətər Livan ordusuna 60 milyon ayırır
- "Hələ də kifayət qədər hərbi yardım yoxdur" - Danilov
- Lukaşenko Putinə dəstək olmayanları bununla HƏDƏLƏDİ
- Buçada qətliam törətmiş rusiyalı komandir beynəlxalq axtarışa verildi
- Uşaqlara qoyulan rayon və şəhər adları - SİYAHI
- Dollar yeni həftəyə belə başlayacaq
- Meymun çiçəyinə yoluxan məşhur aktyor: “Bədənimdə 25-dən çox...”
- NATO yeni silahlanma yarışına başlayır
- Səfər Əbiyevin, Nəcməddin Sadıkovun kadrı Valeh Nəcəfovun əməlləri...- ASTARADA NƏ BAŞ VERİR ?
- Bakı sakini 3 kq heroinlə tutuldu
- Bu il 97 uşağa Polad, 37 uşağa Xudayar adı verilib
- Ukraynada müharibədə 339 uşaq ölüb
- Ukrayna Rusiyanın itkilərini AÇIQLADI
- Yaponiyada rekord istilər qeydə alınıb
- Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”
- “Qarabağ” yoxlama oyunu keçirəcək
- "Mən də xəyanət etmişəm" - Nadir Qafarzadə
- Elman Nəsirov: “Hər bir hərbçi fərqindədir ki, Vətənə ləyaqətlə xidmət göstərəcəyi təqdirdə mükafatlandırılacaq”
- Nəvəsi tərəfindən qətlə yetirilən Qənirə Mehdixanlı tanınmış şəxs olub
- Azərbaycan Ordusu 104 yaşında
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi