"Patı" satan daha bir nəfər tutuldu
7-07-2021, 11:13
130

"Patı" satan daha bir nəfər tutuldu

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Rüstəm Muxtarov saxlanılıb.
Şəxsi axtarış aparılan zaman ondan kağız bükümlərdə satış məqsədilə üzərində daşıdığı heroin və qurudulmuş marixuana, eləcə də psixotrop maddə - metamfetamin ("patı") aşkarlanıb.
Davam etdirilən tədbirlərlə R.Muxtarovun yaşadığı ünvana da baxış keçirilib. Oradan ümumi çəkisi 21 kiloqram 150 qram olan 90 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana və kağız bükümdə heroin qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
"Patı" satan daha bir nəfər tutuldu



Oxşar xəbərlər

Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Narkotik satışı ilə məşğul olan iki qardaş tutuldu
Balakəndə narkobaron tutuldu - FOTO
Şəkidə narkotik satan dörd nəfər saxlanıldı
Şəkidə keçmiş məhkum narkotiklə tutuldu
Polis əməliyyat keçirdi - saxlanılanlar var
Saxta pul hazırlayanlar saxlanıldı - FOTO
Polis Mingəçevirdə əməliyyat keçirib, silah və narkotik aşkarlanıb - FOTO
Göyçayda keçmiş məhkumdan narkotik götürüldü
Şəki sakini narkotiklə tutuldu
Ağdaş sakinindən narkotik götürüldü
Polis “Rəmiş“i saxladı
Bakıda əməliyyat keçirildi - Saxlanılanlar var
DİN-dən ƏMƏLİYYAT: 75 kq narkotik vasitə aşkarlandı
Bərdə sakinindən 8 kq-dan artıq narkotik götürüldü - FOTO
Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı
Astarada torpağa basdırılmış narkotik aşkarlandı
Polisdən ƏMƏLİYYAT: Gəncə sakinindən silah və narkotik götürüldü
DİN əməliyyat keçirdi - Video
Cəlilabad sakininin evindən 3 kq-dan artıq narkotik vasitə aşkarlandı
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Mingəçevirdə narkotiklə saxlanılan şəxsin digər cinayət əməli də üzə çıxıb
Masallı sakininin tövləsindən 5 kiloqramdan artıq narkotik tapıldı
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR
Son 6 gündə 110 kq-a yaxın narkotik dövriyyədən ÇIXARILIB
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Yevlaxda əməliyyat KEÇİRİLDİ: SAXLANILANLAR VAR
Balakəndə narkotacir tutuldu - FOTO
Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
Polis əməliyyat keçirdi: Bakıda qadın narkotacir saxlanıldı