Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu
13-08-2020, 17:00
245

Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən biri Daxili İşlər nazirinin sabiq müavini Əsgər Ələkbərovun qohumudur.
Gundəlik Bakı xəbər verir ki, Abşeron rayonu ərazisində keçirdilən əməliyyat zamanı Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərov sabiq nazir müavininin qardaşı oğludur.
DİN-in yaydığı rəsmi məlumata görə, Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman 5 qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Telman Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 kiloqram 210 qram heroin, 2 kiloqram 20 qram tiryək və 11 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
Polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə Daxili İşlər nazirinin müavini vəzifəsində çalışıb.

Oxşar xəbərlər

15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Binəqədidə əməliyyat keçirilib - Həbs olunanlar var...
Sabunçuda qardaşlardan narkotik götürüldü
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Bakıda qadın narkotacir saxlanılıb
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Cəzaçəkmə müəssisəsinə çörəyin içində narkotik keçirməyə cəhd edildi
Balakəndə narkotacir tutuldu - FOTO
Bakıda heroin alverçisi yaxalandı
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Bakıda narkotik alverçisi karantin postunda yaxalandı
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Səbaildə narkotacir saxlanılıb - Foto
Polisdən daha bir uğurlu əməliyyat - FOTO
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO