Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
14-08-2020, 13:57
175

Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi

Ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara təəssüf ki, hələ də rast gəlinməkdədir. Bu kimi hallara qarşı prokurorluq orqanlarının ardıcıl və kəsərli tədbirləri davam etdirilir. Bu çərçivədə aparılan tədbirlərdən biri kimi, Yevlax RİH başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədovun rayon ərazisində yaşayan aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam paylaması barədə rayon prokurorluğuna daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.
Yevlax Rayon Prokurorluğundan bildirilib ki, aparılmış istintaqla Mikayıl Əsədovun Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam şəkildə paylayaraq mənimsəməsinə, bununla da fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Avqustun 6-da Mikayıl Əsədova Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. 13 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Bələdiyyə sədrinə cinayət işi açıldı
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Qonşusunu öldürən şəxs saxlanıldı
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Bakıda qətl törədilib
Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
İmişlidə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?