Daha bir rayonda "patı əməliyyatı" - Saxlanılanlar var
17-07-2021, 10:03
139

Daha bir rayonda "patı əməliyyatı" - Saxlanılanlar var

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki nəfər şəxs saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Abdulabad kənd sakini Rəhman Həsənov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı iki büküm narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Dindirilmə zamanı R.Həsənov narkotik vasitəni  Zabit adlı şəxsdən 60 manata aldığını bildirib.
 
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Zabit Hüseynov da saxlanılıb. Onun üzərinə  keçirilən baxış zamanı isə satış üçün hazırlanmış metamfetamin aşkar edilərək götürülüb. 
 
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı
Balakəndə "patı" və heroin satanlar saxlanılıdı - FOTO
Polisdən “patı” əməliyyatı - 6 nəfər saxlanılıb - FOTO
"Fedya" ləqəbli narkotik satıcısı saxlanılıb
Biləsuvarda yerin altından narkotik və silah tapıldı
Saxta pul hazırlayanlar saxlanıldı - FOTO
Bərdədə "patı" ƏMƏLİYYATI: Saxlanılanlar var
Bakıda daha bir narkotacir saxlanıldı
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 3 nəfər şəxs saxlanıldı
Azərbaycanda daha bir “patı” əməliyyatı - FOTOLAR
Ağdaş sakinindən narkotik götürüldü
Yevlaxda əməliyyat KEÇİRİLDİ: SAXLANILANLAR VAR
Şəkidə narkotik satan dörd nəfər saxlanıldı
Polisdən narkotik əməliyyatı - 25 kq...
"Patı" satan daha bir nəfər tutuldu
Masallı sakininin tövləsindən 5 kiloqramdan artıq narkotik tapıldı
Hacıqabulda polis əməliyyat keçirdi: İki nəfər saxlanıldı
Polis kokain və ekstazi satan şəxsi saxladı
Gəncədə narkotik satan və alan şəxslər saxlanıldı
Narkotik satışı ilə məşğul olan 4 nəfər tutuldu
Narkotik satışı ilə məşğul olan iki qardaş tutuldu
Astarada torpağa basdırılmış narkotik aşkarlandı
Xaçmazda “Şaka” ləqəbli narkobaron tutuldu
Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Polis əməliyyat keçirdi - saxlanılanlar var
Göyçayda keçmiş məhkumdan narkotik götürüldü
Cəlilabad sakininin evindən 3 kq-dan artıq narkotik vasitə aşkarlandı
Qubada polis reyd keçirdi - Həbs olunanlar var
Biləsuvarda 25 kiloqramdan artıq narkotik vasitə, psixatrop maddə və həblər aşkar edildi