APA xəbər verir ki, minik avtomobilinin dərəyə aşması nəticəsində avtomobildə olan iki nəfər - Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda Oğuz RMX-da yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.