Bərdədə ana 18 yaşlı qızını tualetdə zəncirlə BAĞLADI - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)
23-07-2021, 17:04
67

Bərdədə ana 18 yaşlı qızını tualetdə zəncirlə BAĞLADI - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)

Bərdə rayonunda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, məlumatla əlaqədar RPŞ-nin istantaq-əməliyyat qrupu hadisə yerində olub.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.
Faktla bağlı adı çəkilən şəxslər RPŞ-yə gətirilib, onların izahatları alınıb, müvafiq ekspertiza təyin olunub.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
15:06
Bərdədə 18 yaşlı qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qalıb.
"Qafqazinfo" xəbər verir ki, Bərdə rayon sakini 2003-cü il təvəllüdlü Ə.Yusufova anası Şəlalə İsmayılova və tanışı Ruslan Rzayev tərəfindən yaşadığı evin sanitar qovşağına zəncir ilə dəmir boruya bağlanıb. Hadisədən xəbər tutan qonşular Bərdə rayon Polis Şöbəsinə xəbər veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları ayağından zəncirlə boruya bağlanan qızı və adı çəkilən şəxsləri polis şöbəsinə aparıblar.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bərdədə ana 18 yaşlı qızını tualetdə zəncirlə BAĞLADI
5 yaşlı uşağa əzab verən ana və sevgilisi SAXLANILDI
DİN 17 yaşlı qızın ana olması ilə bağlı məsələni nəzarətə götürdü - YENİLƏNİB
Bərdədə ana 7 yaşlı oğlunun əllərini yandırdı - Video
Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdü
Polis əməliyyat keçirdi: Saxlanılanlar var
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Bərdədə 86 yaşlı kişi özünü güllələdi
Azərbaycanda toy məclisində hadisə
Polis Bərdədə genişmiqyaslı əməliyyat keçirdi
Azərbaycanda azyaşlı qıza təcavüz edilib? - DİN hərəkətə keçdi
Azərbaycanda gənc 8-ci sinif şagirdini qaçırıb cinsi əlaqədə oldu - CİNAYƏT İŞİ
Azərbaycanda kişi azyaşlı ögey oğluna işgəncə verdi
Bakıda sahibkar “oğru”nun başını zəncirlə bağladı - DİN-dən açıqlama + Video
Azərbaycanda yeniyetmə qız ana oldu, polis işə qarışdı
Anası və ögey atası tərəfindən işgəncə görən uşaqdan XƏBƏR VAR
Bərdədə koronavirus xəstəsi maşını ilə hərəkət edərkən saxlanıldı
Ana 5 yaşlı qızını və özünü asdı - Bakıda dəhşətli hadisə
Sumqayıtda ata ögey qızına işgəncə verdi - Foto,Video
Azərbaycanda ana və qızın öldürüldüyü dəhşətli cinayətin TƏFƏRRÜATI
Bərdədə 28 yaşlı qız əməliyyatdan sonra ölüb
Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər
Mağazadan 12 800 manat oğurlayan şəxs saxlanılıb
Polis uşaqlara siqaret satan mağaza sahiblərini cərimələdi
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb
DİN əməliyyat keçirdi - keçmiş məhkum saxlanıldı
Bələdiyyə sədrinin bacısı oğlu qazini döydü - İŞƏ POLİS QARIŞDI
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Bərdədə toy məclisi keçirilməsinin qarşısı alındı