Polis əməliyyat keçirdi: Külli miqdarda tiryək və marixuana dövriyyədən çıxarıldı - FOTO
24-07-2021, 14:48
69

Polis əməliyyat keçirdi: Külli miqdarda tiryək və marixuana dövriyyədən çıxarıldı - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində küllü miqdarda tiryək və qurudulmuş marixuana dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, 51 yaşlı Elman Ağayev çalışdığı avtoyuma məntəqəsinin qarşısında saxlanılıb.
Onun üzərinə və çalışdığı avtoyuma məntəqəsinə keçirilən baxış zamanı məntəqədən təmiz çəkisi 1 kiloqram 100 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
 
Dindirilmə zamanı E.Ağayev narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün məntəqədə gizlətdiyi etiraf edib.
Keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, satışında və kultivasiyasında şübhəli bilinən rayonun Arbatan kənd sakini, 54 yaşlı Vilayət Qədirov da saxlanılıb.
Ona məxsus kənd ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 15 kiloqramdan artıq olan 3 kisə qurudulmuş marixuana, eləcə də həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş doqquz ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı V.Qədirov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və rayon ərazisində narkotiklərin satışı həyata keçirdiyini etiraf edib.
Faktlarla bağlı hər iki şəxs barəsində Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
 
 

 

 


 

Oxşar xəbərlər

Biləsuvarda yerin altından narkotik və silah tapıldı
DİN-dən ƏMƏLİYYAT: 75 kq narkotik vasitə aşkarlandı
Masallı sakininin tövləsindən 5 kiloqramdan artıq narkotik tapıldı
Polis Bərdədə genişmiqyaslı əməliyyat keçirdi
Cəlilabad sakininin evindən 3 kq-dan artıq narkotik vasitə aşkarlandı
Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı
Son 6 gündə 110 kq-a yaxın narkotik dövriyyədən ÇIXARILIB
Polisdən narkotik əməliyyatı - 25 kq...
Bərdə sakinindən 8 kq-dan artıq narkotik götürüldü - FOTO
Lənkəran sakinindən narkotik götürüldü
Bakı sakinindən narkotik götürüldü
Polis əməliyyat keçirdi - saxlanılanlar var
Göyçayda keçmiş məhkumdan narkotik götürüldü
Xaçmazda “Şaka” ləqəbli narkobaron tutuldu
Polis “Rəmiş“i saxladı
DİN Lənkəranda əməliyyat keçirdi - FOTO
Polis iki rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
Polisdən daha bir uğurlu əməliyyat - FOTO
Qusarda əməliyyat: Saxlanılan var
Polis əməliyyat keçirdi - Video
DİN əməliyyat keçirdi - Külli miqdarda narkotik aşkarlandı
Ağdaş sakinindən narkotik götürüldü
Astarada torpağa basdırılmış narkotik aşkarlandı
Bakı sakini saxlanıldı: Marixuana, “Kalaşnikov“, sursat... - Video
Narkotik satışı ilə məşğul olan iki qardaş tutuldu
Polis əməliyyat keçirdi - Külli miqdarda narkotik götürüldü
Balakəndə narkotacir tutuldu - FOTO
Daha bir rayonda "patı əməliyyatı" - Saxlanılanlar var
Polis əməliyyat keçirdi: Bakıda qadın narkotacir saxlanıldı