Bakıda tiryəkxana aşkarlandı - SAXLANILANLAR VAR
3-08-2021, 16:31
54

Bakıda tiryəkxana aşkarlandı - SAXLANILANLAR VAR

Suraxanı rayonu Bülbülə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi tiryəkxana aşkar edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı müəyyən edilib ki, qəsəbə ərazisində yerləşən həmin ünvanda narkotik vasitələrin qəbulu və satışı təşkil edilir.
Tədbir zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Suraxanı rayon sakinləri Tərlan Əsmətov, Rəhman Əliyev, Baloğlan Mehtiyev, Ruslan Doçenko və Xəlil Kavadze saxlanılıblar. Onların üzərlərinə baxış zamanı ümumilikdə 10 qarama yaxın heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində Bülbülə və Əmircan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Narkotik satışı ilə məşğul olan daha bir dəstə saxlanıldı
Polis Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO
“Kubinka” və “Şamaxinka”da əməliyyat: Saxlanılanlar var - VİDEO
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Yasamalda “patı” satan doqquz nəfər ələ keçdi - FOTO/VİDEO
Bakıda daha bir narkotacir saxlanıldı
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 3 nəfər şəxs saxlanıldı
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
Polisdən ƏMƏLİYYAT: Qadınların üzv olduğu narkotik şəbəkəsinin üzvləri saxlanıldı
Bakıda əməliyyat: “patı”, “şüşə” satan 19 nəfər saxlanıldı - VİDEO
Bakıda evdən 11 600 manat pul oğurlandı - VİDEO
DİN-dən Bakıda ƏMƏLİYYAT: Saxlanılanlar var
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Meşədə narkotik əkənlər saxlanılıblar
Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var - VİDEO
Bakıda onlayn narkotik satan şəxslər saxlanıldı - VİDEO
Saxta pul hazırlayanlar saxlanıldı - FOTO
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Ağdaş sakinindən narkotik götürüldü
DİN-dən ƏMƏLİYYAT: Narkotik satışı ilə məşğul olanlar saxlanıldı - VİDEO
ƏMƏLİYYAT - 11 nəfər SAXLANILDI - VİDEO
DİN əməliyyat keçirdi - Video
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Sosial şəbəkələrdə narkotik satan şəxs yaxalandı
Polis əməliyyat keçirdi - saxlanılanlar var
Narkotik satışı ilə məşğul olan 4 nəfər tutuldu
Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı
Mingəçevirdə narkotiklə saxlanılan şəxsin digər cinayət əməli də üzə çıxıb
Səbaildə narkotacir saxlanılıb - Foto
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR