Ötən ilin avqustunda Bakıda 50 yaşlı kişinin 2 yaşlı oğlunu və özünü bıçaqlaması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesin yekununda təqsirləndirilən şəxs Emil M-in 15 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edilib. O, Cinayət Məcəlləsinin 29. 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.
Məhkəmə prosesində məlum olub ki, 1970-ci il təvəllüdlü Emil M. 2006-cı ildə evlənib və 3 uşaq atasıdır. Lakin o, 2015-ci ildə fəhlə kimi işlədiyi mağazada Aysel adlı xanımla tanış olub. Bundan sonra Emilin həyat yoldaşı ilə münasibətləri pozulub və o, Ayseli yaşadığı evə gətirib. 2018-ci ildə onların qeyri-rəsmi nikahından Ömər adlı övladları dünyaya gəlir. Lakin bir müddət sonra Emillə Ayselin münasibətləri pozulub və onlar ayrı yaşamağa başlayıb. Buna baxmayaraq Emil azyaşlı övladı Öməri bir neçə dəfə evə gətirərək özü ilə saxlayıb. Nəhayət ötən ilin avqustunda o, Aysellə barışmaq məqsədi ilə onu yaşadığı evə dəvət edib, həmçinin gəlib Öməri aparmasını bildirib. Lakin Aysel Emilin yanına qayıtmayacağını, həmin evə yalnız polislə birgə gələ biləcəyini deyib.
Məhkəmə materiallarından məlum olur ki, Emil M. Ayseldən qisas almaq və onu qorxutmaq məqsədi ilə 2 yaşlı övladı Ömərə xəsarətlər yetirmək fikrinə düşüb. O, bıçaqla uşağın boğazını bir neçə yerdən kəsib, həmçinin azyaşlının bədəninə müxtəlif kəsici xəsarətlər yetirib. Bundan sonra 50 yaşlı kişi qan içində olan uşağın şəklini çəkərək onu vatsap mesajlaşma proqramı vasitəsilə Ayselə göndərib.
Övladının qan içindəki şəkillərini görən qadın dərhal polisə və təcili tibbi yardıma məlumat verib. Bir neçə dəqiqə sonra polislər ünvana yaxınlaşıblar, lakin onlar Ayseli içəri buraxmayıblar. Polislərin gəldiyini görən Emil bıçaqla özünə də çoxsaylı xəsarətlər yetirib. Hadisə yerinə gələn tibbi yardım briqadaları uşağı və atasını xəstəxanaya çatdırıb. Onların ikisinin də həyatı tibbi heyət tərəfindən xilas edilib.
Bakıda DƏHŞƏT: Uşağın boğazını kəsib, şəklini anasına göndərdilər
05
avqust
12:51

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıda qəddar cinayət: Emil 2 yaşlı oğlunun boğazını niyə kəsib?
Hamilə arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı
Bakı sakini “Lotu Quli”yə görə bıçaqlandı
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
Bakıda qardaşı arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır
Azərbaycanda məktəb direktoruna hökm oxundu
Şuşanın keçmiş icra başçısının oğluna hökm oxundu - Arvadını öldürmək istəmişdi
Deputatın qardaşı oğluna hökm oxundu
Sevgilisini öldürən Günelə hökm oxundu - 10 il cəza verildi
Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...
Bakıda ərini öldürən qadına ağır cəza verildi
Bakıda qadına sataşanı öldürüb, ayaqlarını sındıran şəxslərə cəza kəsildi- 35 il
Sabirabad sakinini öldürməyə cəhd edən şəxslərin işi məhkəməyə göndərildi
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Bakıda yetkinlik yaşına çatmayan qız əkiz uşaq dünyaya gətirib - Təfərrüat
Ağdaş xəstəxanasının baş həkimi cərimələndi
Bakıda 36 yaşlı kişini öldürən dəstədən XƏBƏR VAR
Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovdan XƏBƏR VAR
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
Erməni silahlı birləşmənin 13 üzvünə hökm oxundu
Azərbaycanda polis əməkdaşı həbs edildi - SƏBƏB
Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu
Şəmkirdə 55 yaşlı qadını öldürən şəxs HƏBS EDİLDİ
Bakıda oteldə qadının başı kəsildi
Sabiq məhkəmə sədrini öldürən iş adamına hökm oxundu
Sabiq icra başçısının oğlu məhkəmə qarşısında
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Oğlunun gözü qarşısında anasını BIÇAQLADI
- Azərbaycanda bağ evindən qara brilyant oğurlandı
- 6 ayın yol qəza statistikası: 336 ölü, 773 yaralı
- ABŞ-da müsəlmanlar qorxuya düşdü - Qətl sayı artır
- "Ukraynada tikiləcək "Bayraktar" zavodunu vuracağıq" - Rusiya
- Məşhur yapon modelyer vəfat etdi
- İranda 93 nəfər daşqınlar nəticəsində öldü
- TƏBİB-dən körpənin doğuş zamanı ölməsinə REAKSİYA (YENİLƏNİB)
- "Çin bununla Tayvanı işğal etməyə hazırlaşır" - Cosep Vu
- Ceyhun Bayramov türk mediasına müsahibə verdi
- DİM bu şəxslərə xəbərdarlıq etdi
- Pakistanda hərbi kolona hücum - 4 əsgər həlak oldu
- Ağstafada SSRİ-ni yaşadan SƏHİYYƏ SİSTEMİ... - Bu gerilik ancaq sovet dövrünə xarakterikdir...
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- “Vəhşi kişilərdən xoşum gəlir” - Aparıcı Ülvira
- “Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- XXI əsrin ən böyük problemi Akim Bədəlov… - Sən bir gün bunun bədəlini ödəyəcəksən, Bədəlov…
- Şirvanda narkoşəbəkə üzvü 455 qram heroinlə saxlanıldı… - 15 il Şirvana rəhbərlik edən Mərdan Camalovun qohumu Əmiş narkotik satışı ilə məşğuldur…
- Yaxın zamanda Səfər Mehdiyev və qaynı Zeynal Tarquliyev həbs ediləcək.. - Gömrükdə Səfər Mehdiyev ePOXası başa çatdı…