Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
“20 Yanvar” metrostansiyasının yaxınlığında iki avtomobilin toqquşması nəticəsində sürücü, 1986-cı il təvəllüdlü Əliyev Pərvin Mais oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır./Report