Azərbaycanda polis bıçaqlandı
18-08-2020, 11:44
211

Azərbaycanda polis bıçaqlandı

Avqustun 17-də saat 03 radələrində Astara rayonu ərazisində polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Astara rayon prokurorluğundan "Report"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Araşdırmalarla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonu, Şahağacı kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri ilə əlaqədar kənd sakini Seyhun Məmmədovun şəxsi avtomobilinə baxış keçirilərkən onun polis əməkdaşı Xanlar Hüseynovun xidməti vəzifəsini yerinə yetirməsinin qarşısını almaq məqsədilə sonuncunun döş qəfəsi nahiyəsinə bıçaqla zərbə vurub öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Həmçinin, hal şahidlərinin və müdafiəçinin iştirakı şəxsi axtarış aparılarkən Seyhun Məmmədovun üzərində və avtomobilində narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır.
Seyhun Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
İmişlidə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Bakıda qətl törədilib
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Bərdədə polis əməkdaşı vətəndaşın həyatını xilas edərkən bıçaqlanıb
Abşeronda usta bədbəxt hadisə nəticəsində ölüb
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
DSX və DİN-dən birgə ƏMƏLİYYAT
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Gəncədə iki top mərmisi tapıldı
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
Bacısını kanalda boğub öldürən şəxs həbs edildi
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Silah gəzdirən şəxs saxlanıldı
Adam öldürmək üçün avtomat aldı
Xızıda sürücü polisləri silahla hədələdi
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər saxlanıldı