Türkiyəni Bursa şəhərində dəhşətli qəza hadisəsi ba. verib.
Yük maşını sürücüsü idarəetməni itirərək dayanacağa çırpılıb. 
Qəza nəticəsində dayanacaqdakı şəxslədən 3 nəfər ağır xəsarət alıb. 
Hadisə yerinə polis əməkdaşları,  xilasetmə qrupu və səhiyyə işçiləri gəlib. Məlum olub ki, yük maşının sürücüsü spirtli içki qəbul edib və ayaqüstə dayanmaqda çətinlik çəkib. 
Bildirilir ki, xilasetmə qrupları tərəfindən yük avtomobilinin altında çıxarılan Azərbaycan vətəndaşı Züfər Telman və digər iki şəxs təcili yardımla xəstəxanaya çatdırılıb. Həmyerlimiz həkimlərin müdaxiləsinə baxmayaraq xəstxanada keçinib. 
Qəza anı oradakı işyerlərinin birinin təhlükəsizlik kamerasında anbaan əks olunub. 


Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü- ANBAAN VİDEO