"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
18-08-2020, 12:16
241

"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video

Narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan dəstə üzvlərinə qarşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ sahələrindən birində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi bardə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və cinayətkar dəstəyə daxil olan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib. Toplanan çoxsaylı sübutlar və təkzibedilməz faktlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub. 
Baş İdarə əməkdaşları tərəfindən həmin ünvanda keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Bakı şəhəri Sabunçu rayon sakinləri Çingiz Talıbzadə və Samir Mirzəyev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların icarə əsasında götürdükləri Novxanı qəsəbəsindəki istixanaya baxış zamanı ümumi çəkisi 970 kiloqram olan 1813 ədəd narkotik tərkibli çətənə bitkisi və 105 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadələrində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiklərini bildiriblər.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Çingiz Talıbzadə və Samir Mirzəyev təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi və istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
Qusarda bir tondan çox narkotik məhv edildi
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutuldu - FOTO
Xaçmaz polisi bir yük avtomobili həcmində narkotik tərkibli çətənə bitkiləri aşkarladı
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Bakıda polis əməliyyat keçirdi: narkotik becərən şəxs saxlanıldı
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Xızıda beş mərtəbəli binada narkotik yetişdirən şəxs saxlanıldı - FOTO
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Neftçalada 4 ton çətənə kolu məhv edildi
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib
Bakıda qadın narkotacir saxlanılıb
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
Balakəndə narkotacir tutuldu - FOTO
Səbaildə narkotacir saxlanılıb - Foto