HADİSƏ
19-08-2020, 16:05
239
Maştağada silahlı şəxs tutuldu – Foto
Sabunçu rayon Polis İdarəsinin 14 və 42-ci polis bölməsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
Gündəlik Bakı xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini Murad Əliyev tutulub.
Onun yaşadığı evə baxış zamanı 1 ədəd lüləyi kəsilmiş ov tüfəngi və 6 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.