3 nəfərin ölümünə səbəb olan sürücü HƏBS EDİLDİ - FOTOLAR (VİDEO)
15-09-2021, 10:32
107

3 nəfərin ölümünə səbəb olan sürücü HƏBS EDİLDİ - FOTOLAR (VİDEO)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsi törətməklə 3 nəfərin ölümünə səbəb olan və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, mayın 5-də Qəbələ rayonu Savalan kəndi ərazisində  Tərlan Eyyubovun idarə etdiyi “Mercedes” və Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü və 2 sərnişini həyatını itirib, digər 3 sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Faktla bağlı cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin olunub. Aparılan istintaqla hadisənin Tərlan Eyyubov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozularaq törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
O, əvvəlcə məsuliyyətdən yayınmaq üçün əsassız bəhanələr gətirib,  hətta ölən sürücünün yaxınlarından avtomobilinə dəymiş zərərin ödənilməsini tələb edib. Daha sonra öz əməlindən xəbərdar olan Tərlan Eyyubov istintaqdan yayındığı üçün onun barəsində axtarış işi açılıb. Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin şəxs saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

3 nəfərin ölümünə səbəb olan sürücüHƏBS EDİLDİ - FOTOLAR (VİDEO)

3 nəfərin ölümünə səbəb olan sürücüHƏBS EDİLDİ - FOTOLAR (VİDEO)

Oxşar xəbərlər

Azərbaycanda ağır qəza: 3 nəfər həlak oldu
Qazaxda ağır yol qəzası: Ata-oğul öldü
Ağcabədidə “VAZ-2107” ilə "Mercedes" toqquşdu - Ölən var
Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutuldu
Qəbələdə narkotacir saxlanıldı
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Zaqatalada keçmiş məhkumdan "Makarov" tapançası və heroin götürülüb
Lənkəranda içkili şəxs traktorla "avtoşluq" etdi
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb
Şəkidə ağır qəza: Ölən var
Avtoxuliqanlıq edən sərxoş sürücü həbs edildi
Komendant postundan yayınmaq istəyən şəxs həbs edildi - FOTOLAR
“Mercedes“ dərəyə aşdı, sərnişin öldü
Sərxoş sürücü qəza törətdi, ölən və yaralananlar var
"Sprinter"lə karantini pozan şəxs cərimələndi
Fizulidə ağır qəza: İki ölü, dörd yaralı
Bakıda “Kia” ilə piyadanı öldürən şəxs SAXLANILDI
Gömrükçülər 350 bıçaq aşkarladı
Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı
"VAZ"la avtoxuliqanlıq etdi, saxlanıldı
Altıağacda mağazadan oğurluq edildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Yas mərasimi keçirənlər cərimələndi
Bakıda "Prado" qaçırıldı - VİDEO
Bir gündə 4 avtomobil qaçıran şəxs saxlanıldı
Zərdabda 77 baş qoyun oğurlayan şəxslər tutulub - FOTO
Qonaq getdiyi evdən 13 min manat oğurladı
Qəbələ yarımstansiyasında usta faciəvi şəkildə öldü
Qəbələyə istirahətə gələnlər cərimələndi
Eldar Abbasov döyülərək öldürüldü